Stress paradiqması və sağlamlıq problemləri
XX əsrin 30-cu illərindən başlayaraq "stress" anlayışı çərçivəsində zahirən müxtəlif tərkibli tədqiqat sahəsi ciddi inkişaf etməyə başlayır.
Stressin fizioloji nəzəriyyəsi(Moos): 1956-cı ildə endokrinoloq Selye tərəfindən hazırlanmışdı və bu günə qədər müxtəlif fənnlərdə stresin tədqiqinin əhəmiyyətli başlanğıc nöqtəsi olaraq çıxış edir. Adi həyatda qəbul edilmiş stress anlayışına zidd olaraq fizioloji nəzəriyyədə stress orqanizmin ümumi vəziyyətini tipik bioloji reaksiya nümunəsi kimi səciyyələndirir. Stress orqanizmin nisbətən stereotipik uyğunlaşma reaksiyasıdır. Bu reaksiya istiyə, soyuğa, infeksiyaya, adrenalin inyeksiyalarına, travmalara, əsəb sisteminin pozulmasına, affektiv oyanmalara və s. qarşı baş verir. Stress vəziyyətində orqanizmdə olan bütün bu prosesləri Selye "ümumi uyğunlaşma sindromu" adlandırır. Əgər orqanizm fizioloji proseslərin aktivləşdirilməsinin vasitəsi ilə stressin təsirinin öhdəsindən gəlməyə və güclərinin yüksək səfərbərliyi vəziyyətində qala bilmirsə, mobililləşdirən adaptiv mexanizmlərinin təsiri kəskin azalır və orqanizm tükənmə mərhələsində olur.
Bu konsepsiyada stress dağıdıcı hadisə kimi yox, neyropsixoloji sistemin restabilləşdirici fəallığı kimi nəzərdən keçirilir. Bu xəstəliyin və sağlamlığın dərkinin sonrakı inkişafı üçün əsas verir. Beləliklə sağlamlıq orqanizmin qeyri-adi vəziyyətlərin öhdəsindən gəlməsinin ümumi qabiliyyəti olaraq qiymətləndirilir. Xəstəlik stressin müəyyən daşıyıcısının xüsusiyyəti kimi təsəvvür edilmir. O fiziki kompensasiya güclərinə həddən artıq tələbdir. Bu nəzəriyyə əhatə edən dünya ilə münasibətlər də daxil olmaqla xəstəliyi orqanizmin ümumi vəziyyəti ilə, dinamikası ilə əlaqələndirir.
Ancaq konsepsiya yalnız fizioloji sistem səviyyəsiylə məhdudlaşdırılmış qalır. Çünki insan orqanizminin və əhatə edən dünya ilə münasibətlərinin təhlili onun sosial və ekoloji mövcudluq üsulunu kifayət qədər əhatə etmir, şüura və xarici mühitlə onun toqquşmalarına kifayət qədər diqqət yetirmir.
Psixofizioloji hadisə kimi stress.
Bu konsepsiya stress vəziyyəti qavrama və izah yanaşmaları, emosional və davranış reaksiyaları, fizioloji proseslər arasında münasibətləri ümumiləşdirməyə çalışır. Konkret vəziyyəti nəzərə alaraq meyar kimi əldə olan öhdədən gəlməyin koqnitiv, emosional və davranış proselərinə həddən artıq tələbləri vurğulayan tendensiyalar üstünlük təşkil edir.
Stressin nisbətən differensiasiya olunmuş psixoloji konsepsiyası Lazarus və onun əməkdaşlarının tədqiqatlarında inkişaf etdirilmişdir.Bu modeldə həlledici rol qavrayış, vəziyyətin qiymətləndirilməsi, təhlükə həyəcanına məxsusdur. Fərdin mühitilə qarşılaşması o zaman stress kimi səciyyələnir ki, onda vəziyyətin qavrayışı, fiziki, pisixi və davranış olaraq düşüncədə emal fərd üçün təhlükə elementi daşıyır.
İddia etmək olar ki, Lazarusun stress nəzəriyyəsi tranzaksiya modelinə aiddir. Stressin təyininin əsas xüsusiyyətləri kimi o nə vəziyyət şərtlərindən, nə reaksiyanın növlərindən, nə də fərdi vəziyyətdən istifadə etmir. Lazarus stress vəziyyətinin psixi qavranılmasının və xəstəlik arasında münasibətlərin hər hansı spesifik modelini proyeksiya etmir. Ancaq o sual verir ki, ümumi nöqteyi-nəzərdən, başqa pozitiv (kreativlik) və ya neqativ (aqressivlik) sanksiyalaşdırılmış formalarda onu əhatə edən dünya ilə insanın münasibətləri prosesində stress yüklənməsinə nizama salma forması kimi baxmaq olarmı?
Dostları ilə paylaş: |