Müştəri və sağlamlıq problemləri
Xarici tədqiqatlara əsasən, tibbi sosial işdə müştərilərin əsas problemləri sağlamlıq problemləri, xüsusi ehtiyaclara malik olan uşaqlara qulluq, narkomaniya və alkoqolizm problemləri ilə, posttravmatik stresllərin nəticələri bədbəxt hadisələrin nəticələri və s.ilə bağlıdır. Bununla bağlı köməyin növbəti növləri tipikdir: müştərinin doğmalarının və yaxınlarının səhhət problemləri ilə bağlı onlara məlumat verilməsi, QİÇS və alkoqolizmdən əziyyət çəkən xəstələrin xəstəxanaya yerləşdirməsində kömək, gənc valideynlərə uşağa qulluq üzrə tövsiyələr və s.
Bu onunla əlaqədardır ki, sosial işçilər səhiyyə müəssisələrində işlədiyi üçün stasionar xidmət şəraitində müxtəlif müalicə kursları keçən müştərilərlə də məşğul olurlar. Onlar müştərilərin müxtəlif fobiyalarldan (qorxulardan) doğan spesifik reaksiyaları ilə rastlaşırlar.
Qapalı məkanlardan qorxmaq (klaustrofobiya), böyük sahələrdən qorxmaq (aqorafobiya)-hamıya məlum olan fobiyalardır. Səhiyyə müəssisələrində gündəlik sosial iş təcrübəsində müştərilərdə, ipoxondriya və kanserofobiya kimi qorxu növlərinə rast gəlinə bilər. İpoxondriya — özündə sağalmaz xəstəliklərin mövcudluğu haqqında fərziyyələrlə bağlı qorxudur. Bu fərziyyələr güclü sarsıntı, somatik xəstəliklər, müxtəlif etiologiyalı depressiyalar olduqda yarana bilər. Kanserofobiya — qorxu növlərindən biridir; ondan əziyyət çəkənlər beyinin şişlərindən, mədə, düz bağırsaq və s. xərçəngindən qorxular. Qorxu üçün səbəb şəxsi təəssüratlara və xatirələrə qeyri-müəyyən somatik reaksiyaların təzahürləri ola bilər.
Dostları ilə paylaş: |