Obyektiv və subyektiv xarakterli göstəricilər.
Obyektiv göstəricilər: insan peşə tələblərinə nə dərəcədə uyğundur, onun sosial təcrübəyə töhfəsi. Sosial işdə obyektiv meyarlar kimi müştərinin problemlərinin həlli, yardım göstərmə, əhalinin müxtəlif kateqoriyalarının reabilitasiyası; müştəri və dövlət strukturları arasında vasitəçilik missiyasının həyata keçirilməsinə icazə verən, təşkilatçı koordinator, müştərinin sosial müdafiə texnoloqu olmağa imkan yaradan peşəkar biliklər və bacarıqlar, cəmiyyətdə və regionda sosial siyasətə təsir edə bilmək və onu proqnozlaşdırmaq və s. çıxış etməlidir.
Subyektiv göstəricilər: peşə şəxsiyyətin tələblərinə, onun meyillərinə nə dərəcədə uyğundur, insan peşəkar fəaliyyətdən nə dərəcədə məmnundur. Sosial işçinin əməyində peşəkarlığın subyektiv göstəricisi davamlı peşəkar-humanist istiqamətlənmə,ola bilər, peşənin əhəmiyyətinin, dəyər oriyentasiyalarının anlanması, şəxsin peşə cəhətdan önəmli keyfiyyətlərinin məcmusu, peşəkar kimi özünə pozitiv münasibət, şəxsiyyət deformasiyalarının olmaması.
Beləliklə, peşəkar sosial işçini əməyin kifayət qədər yüksək effektivliyi ilə daxili peşədə qalmaq arzusunun simbiozu xarakterizə edir.
Dostları ilə paylaş: |