Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


Sosial işçilərin peşəkar fəaliyyətini müəyyən edən prinsiplər



Yüklə 0,73 Mb.
səhifə233/294
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108047
növüDərs
1   ...   229   230   231   232   233   234   235   236   ...   294
Sosial işçilərin peşəkar fəaliyyətini müəyyən edən prinsiplər:

1. Sosial işçi şüürlu olaraq konkret vəziyyətdə konkret bilikləri və bacarıqları tətbiq etməlidir. Sosial işçi praktik işdə şəxsən aşkar etdiyi bilikləri dərk etməlidir. Sosial işin tətbiqinin bütün səviyyələrində təcrübəli mütəxəssis əlavə nəzəri və empirik informasiyaya müraciət edərək, konkret vəziyyətdə mövcud olan biliyinə güvənməlidir.

2. Sosial işçi insanın bioloji, psixoloji, sosial və mənəvi vəziyyəti ilə, bütövlüdə şəxsiyyətlə məşğul olmalıdır,

3. Sosial işçi müştəri ilə işgüzar münasibətləri ləyaqətlə qurmalıdır. Müştəriləri sadəcə onları insan övladı olaraq dəyərləndirərək (insansevərlik) qəbul etmək lazımdır. Onların dəyərlərini hal-hazrda cəmiyyətdə üstünlük təşkil edənlərdən və ya şəxsi dəyər orientasiyasından çıxış edərək qınamamaq. Peşəkar köməkçi tərəfindən qınanmama vəziyyəti onların neqativ və ya qeyri-dəqiq qavranılması qorxusunu minimuma endirir, öz üstünlüklərinə fokuslanmağa yardım edir. Öz üstünlüklərini bilən müştərilərlə iş sosial işçilərə öz meyllərinin və ya standartların müştərilərə təlqin etməməyə kömək edir.

4. Sosial işçi müştərini individuallaşdırmalıdır. Şəxsiyyətin, ailənin və icmanın xüsusiyyətlərinin detallarına kimi araşdırılmasına daimi istiqamətlənmə. Fərdiləşdirmə sosial işçiyə müştərinin şəxsiyyət kimi xüsusiyyətlərinə hörməti vurğulayaraq onunla qarşılıqlı təsiri harada və necə başlamaq barədə fikrin formalaşmasına imkan verir.

5. Sosial işçi müştəriyə problemlərin müasir təsvirini təqdim etməlidir. Peşəkar yardımın göstərilməsinin müvəffəqiyyəti mövcud problemləri müasir dövrə uyğun dərketmədən və onlara müxtəlif yanaşmaların tətbiqindən asılıdır. Optimizm hissini əlavə edərək və vəziyyətin araşdırılmasının müasir, yaradıcı üsullarını təklif edərək, sosial işçi müştəriyə yardım edir.

6. Sosial işçi fəaliyyətində müştərinin imkanları haqda biliyə əsaslanmalıdır. Sosial işçinin peşəkar ixtisaslaşması insanın müxtəlif spesifik ehtiyaclarının öyrənilməsi əsasında formalaşır. Amma bu ehtiyacları (fiziki, psixoloj, sosial) müəyyən etmək üçün müştərinin ətraf mühitin təsirlərinə qarşı sinə gərmək qabiliyyətnin hansı ölçüdə olduğunu bilmək lazımdır. Sosial fəaliyyətdə dəyişiklik nəzərəçarpacaq dərəcədə şəxsin özünün fəallığına yönəlmiş olduğu üçün sosial işçi müştərilərə öz güclərini kəşf etməyə və effektiv istifadə etməyə yardım etməlidir.

7. Sosial işçi müştərini öz problemlərinin maksimal dərəcədə həllinə cəlb etməlidir. Əgər müştəriyə yardım stress vəziyyətindən çıxmaq üçün və şəxsi, sosial balansı bərpa etmək üçün lazımdırsa, o, onun həyat şəraitinin öyrənilməsi və lazımi yardımın xarakterinin müəyyən edilməsi əsasında korreksiya fəaliyyətinə aktiv iştirakçı kimi cəlb edilməlidir. Vəziyyəti dəyişilməli olanlar hərəkət etməyin vacibliyini aydın olaraq dərk etdikdə və onu reallaşdırmağa istək və imkanları meydana gəldikdə effektiv dəyişmək olar.

Sosial işçinin müştərilərə onların həyatına təsir etdiyi amillərə nəzarət etməyi öyrətmək üçün qarşılarına qoya biləcəyi məqsədlər aşağıdakı qaydada müəyyən edilir: müştəri sosial işçini bir və ya bir neçə problemin həllində kömək edən müvəqqəti agent kimi qəbul etməlidir;

■ müştəri sosial işçini bilik və bacarıqlarından o öz maraqlarında istifadə edə biləcəyi mütəxəssis kimi nəzərdən keçirir;

■ müştəri sosial işçini yaranan problemli vəziyyətlərin həllində onu bərabər əməkdaş və ya partnyor kimi nəzərdən keçirir;

■ sosial işçi müştəriyə ictimai-siyasi strukturu müştəriyə qarşılıqlı təsir üçün imkan yaradan çoxqütblü, çoxqatlı sistem kimi qəbul etməyə kömək edir.

8. Sosial işçi müştərinin maksimal dərəcədə öz müqəddəratını təyin etməsinə imkan yaratmalıdır. Sosial işçi müştərinin özünə yox, yardım etmə prosesinə rəhbərlik edir. O müştərilərə alternativləri və onların mümkün mahiyyətini tədqiq etməyə kömək edir, amma imkanların son seçimini diktə etmir.

Müştəriylərə münasibətdə bu prinsip nəzərdə tutur:

■ müştəri problemlərin həlli yollarının və vasitələrinin seçimi hüququna və imkanına malikdir;

■ seçim azadlığı hüququ müştərinin qabiliyyətləri, qanun və hakimiyyətlə həmçinin hamı tərəfindən qəbul edilmiş cəmiyyətlə, agentlik (başqa təşkilat tərəfindən) qaydalarla və təlimatlarla məhdudlaşdırılmışdır;

■ bu hüquq həmçinin psixi, fiziki və digər pozuntulara malik olan insanlara aid edilməlidir. Sosial işçi onlara onu təcrübədə istifadə etməyə yardım etmək üçün cəlb edilmişdir.

Sosial işçi müştərinin əvəzinə qərarların qəbul olunması üçün ancaq yaranmış vəziyyətin dəqiq təhlilindən sonra bu imkanı müştəriyə qaytarmaq ehtiyacından irəli gələrək məsuliyyəti yalnız xüsusi hallarda öz üzərinə götürməlidir.

9.Sosial işçi müştəriyə yaranan vəziyyətləri müstəqil idarəetmə bacarıqlarını formalaşdırmağa yardım etməlidir. Müştəri sosial işçi ilə qarşılıqlı təsir nəticəsində əldə etdiyi bilikləri indi və gələcəkdə çətin həyat vəziyyətlərinin həlli üçün istifadə etməlidir. Buna görə müştərinin gələcək həyata hazırlığının vacib aspekti onun əhatə edən mühitdə lazım olan vasitələri və köməkçiləri necə tapmaq və istifadə etməyi öyrətməkdir.

10. Sosial işçi müştəri ilə işdə məxfiliyi qorumalıdır. Bütün sosial işçilərin informasiyanın məxfiliyinin dərəcəsi və onunla iş şərtləri haqqında anlayışı olmalıdır.

Adətən məxfiliyin iki formasını ayırırlar:

mütləq — informasiya müştəri tərəfindən verilmişdir və o, heç vaxt sosial işçidən kənara çıxmayacaqdır. Sosial işçi müəyyən dövlət orqanlarının, qanunverici aktların müdafiəsi və nəzarəti altındadır. Onlar da sosial işçiyə müştəri ilə imtiyazlı əlaqə, alınmış informasiyanın istifadəsilə əlaqədar müstəqil qərarların qəbul olunması hüququnu verirlər.

nisbi — sosial işçi mövcud qanunlar, peşəkar etik kodeks həmçinin agentliyin proqramları çərçivəsində məsuliyyətl idavranmağa söz verə bilər.

11.Sosial işçi normallaşma fəlsəfəsinə sadiq qalmalıdır. Bir çox hallarda sosial işin obyektləri əhəmiyyətli əqli və fiziki məhdudiyyətlərə malik olurlar. Bu məhdudiyyətlərə görə onlar müəyyən dərəcədə diskriminasiyaya və sosial təcridə məruz qalırlar. Normallaşma fəlsəfəsi (normaya gətirmə) təcrid etməni minimuma yaxınlaşdırmağa və əqli məhdudiyyətli insanları ictimai mühitə onların həyatının digər insanlarla mümkün dərəcədə eyni olması zəmanətilə inteqrasiya bacarığına malikdir.

12. Sosial işçi insanların dəyişikliyinin prosesinin irəliləməsini daim qiymətləndirməlidir. Sosial iş təcrübəsi dəyişən vəziyyətlərdə dəyişən insanlarla işi özünə daxil edir. Buna görə yardım etmə üzrə hədəflər konkret olmalıdır və onların əhəmiyyətinin və aktuallığın müəyyən edilməsi üçün daim təhlil edilməlidir. Dəyişiklik prosesinə daim nəzarət etmək və onu qiymətləndirmək lazımdır. Bunu həm sosial işçi, həm də müştərinin özü etməlidir. Bu məqsədlə sosial işçi və müştəri fəaliyyətə sonra düzəliş etmək üçün müntəzəm olaraq dəyişiklik göstəricilərini toplayırlar və qeyd edirlər. Əgər arzu olunan nəticə əldə edilmirsə, sosial işçi başqa yanaşmadan istifadə etməli və ya digər təsir planını seçməlidir. İrəliləmənin fasiləsiz qiymətləndirilməsi sosial işin ayrılmaz hissəsi olmalıdır.




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   294




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin