BİRBAŞA MÜŞAHİDƏ müəyyən şəraitdə baş verən hadisə, hal və proseslərin birbaşa qeydə alınması yolu ilə tədqiqatçı tərəfindən ilkin məlumatlar toplanmasının ümumelmi metodu.
MƏQSƏDQURMA – məqsədi formalaşdıran və həyata keçirən təcrübənin semantik məzmunu.
|
REFLEKS (son.latınca reflexio-geriyə müraciət, inikas) insanın öz şəxsi hərəkətlərini və onların qanunauyğunluqlarını dərk etməyə yönəlik nəzəri fəaliyyət forması; özünüdərk fəaliyyəti.
|
V MƏRHƏLƏ: MƏQSƏDQURMA
Müdaxilə planını müəyyənləşdirmə prosesində qısamüddətli və uzunmüddətli məqsədlər qarşıya qoyula bilər. Müştəri məqsəd qurma seçimində bilavasitə iştirak edir, prioritetləri seçir, alternativləri təklif edir.
Məqsədlərin seçilməsi prosesində müştərinin vəziyyətini yüngülləşdirə, onun sosial funksiyasını yaxşılaşdıra biləcək prioritetlər seçilir. Sosial işçi terapiya əlaqəsində vəziyyətin inkişaf mərhələsini qeydə alır, dəyişilməni refleksləşdirir, hərəkət planında düzəlişlər edir. Sosial işçi bütün bunları özündə əks etdirən müştərinin fərdi sosial tarixçəsini tutmağa borcludur.
Sosial işçi və müştəri gələcəkdə nail olmaq istədikləri məqsədləri və bu məqsədə çatmaq yolunda istifadə ediləcək metod və tapşırıqların müəyyənləşdirilməsi barədə razılığa gəlirlər. Onlar problemin müxtəlif həlli yollarını birlikdə dəyərləndirir, lazımı dəyişiklikləri və ediləcək müdaxiləni obyektiv surətdə müəyyənləşdirirlər. Çox vaxt müştərilər ilk başlanğıcda öz problemlərinə baxılmasını hansısa natamlılıq kompleksi kimi dəyənləndirməyə meyilli olurlar və bu səbəbdən də onlar narahat və emosional olurlar. Belə vəziyyətdə onlar problemlərinin müəyyən rejimdə dəyişdirə biləcəkləri komponentləri olduğunu görə bilmirlər.
Dostları ilə paylaş: |