Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə



Yüklə 0,73 Mb.
səhifə247/294
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108047
növüDərs
1   ...   243   244   245   246   247   248   249   250   ...   294
PROBLEMIN HƏLLİ METODU

Problemin həlli metodu H.Pelman tərəfindən işlənib-hazırlanıb. Metod psixo-dinamik yanaşmaya, bütün insan həyatı “problemli, həll edilməli bir prosesdir” təməl prinsipinə əsaslanır. Şəxsiyyət aşağıdakı səbəblər ucbatından problemlərin öhdəsindən gələ bilmir: motivasiya çatışmazlığı, problemi həll etmək bacarığının və ya onun üzərində işləmək imkanının olmaması və yaxud da problemi müvafiq üsullarla həll edə bilməməsi. Belə situasiyalarda müştəriyə kömək etmək sosial işçinin borcudur.



Sosial işdə proses müştərinin problemini həll etmək məqsədilə elə tərzdə həyata keçirilməlidir ki, bu köməyin nəticəsində müştəri öz sosial funksiyasını tam yerinə yetirə bilsin. Terapiya prosesini effektiv təşkil etmək üçün müəyyən şərtlərə riayət etmək lazımdır:

  1. müştəri ilə terapiyanın elə qarşılıqlı fəaliyyət növü qurulmalıdır ki, nəticədə onun problemə olan münasibətinə səmərəli şəkildə təsir etmək mümkün olsun;

  2. elə şərait yaradılmalıdır ki, müştəri sosial işçi ilə rahatlıqla, sıxılmadan öz problemlərini müzakirə edə bilsin, müstəqil şəkildə onun həlli yollarını görə bilsin;

  3. elə terapiya şəraiti təşkil edilməlidir ki, müştəriyə və onun probleminə müvafiq təsir göstərmək prosesini həyata keçirmək mümkün olsun.

Proses sosial işçi və müştəri arasındakı bir sıra məqsədyönlü fəaliyyət və subyekt-subyekt qarşılıqlı təsiri vasitəsilə reallaşır. Fəaliyyətin ardıcıllığını aşağıdakı şəkildə təsəvvür etmək olar:

  • mənfi enerjinin “boşaldılması”, narahatçılığın aradan qaldırılması, müsbət motivasiyanın formalaşdırılmasına kömək etmək, dəstək;

  • emosional mühasirənin götürülməsi;

  • problemin rasionallaşdırılması. Sosial işçi müştəri ilə birlikdə problemin yeni izahını və ona olan münasibəti formalaşdırır, nəyin problemə çevrildiyini, seçimini necə müəyyənləşdirdiyini və atacağı növbəti addımları aydınlaşdırır;

  • müştərinin probleminin həll edilməsinə kömək edən, onun çevrəsinə və effektiv rollarına uyğun gələn faydalı və mümkün olan imkan və resursları sosial işçi ilə müştəri birlikdə seçirlər.

Sosial işçi və müştərinin qarşılıqlı fəaliyyət prosesinin texniki səviyyəsini aşağıdakı əsas prosedurlar şəklində cəmləşdirmək olar:

  • məlumatın yığılması və toplanması;

  • müştərinin probleminin və onun yaranma səbəbi olan hadisələrin identifikasiyası;

  • problemin əvvəldən düzgün başa düşülməsinə dair müştəri və sosial işçi arasında qarşılıqlı inamın yaradılması;

  • qarşılıqlı fəaliyyət planının tərtib edilməsi, onun realizasiyası və təkamülü.




  • Yüklə 0,73 Mb.

    Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   294




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin