Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə



Yüklə 0,73 Mb.
səhifə248/294
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108047
növüDərs
1   ...   244   245   246   247   248   249   250   251   ...   294
Psixo-sosial yanaşma

  • F.Hollis fərdi iş metoduna aid diaqnostik və psixoanalitik məktəblərin növbəti konseptini işləyib hazırlamışdır. Onun yanaşması birbaşa kömək prosesindən ibarətdir. Köməyin özü isə subyektin deviasional və ya dezadaptiv davranışı səbəblərinə, “müştərinin xəstəlik tarixçəsinə” nüfuz etməklə həyata keçirilir. Psixo-sosial yanaşma “situasiyanın içində olan şəxsiyyətə” münasibətdə müştərinin bilavasitə iştirakı ilə mürəkkəb diaqnostikanı nəzərdə tutur. Bilavasitə, birbaşa müalicə metodlarından əlavə, F.Hollis müdaxilənin elə modellərini işləyib-hazırlamışdır ki, orada əsas diqqət müştərinin çevrəsinə yönəldilir. Daxili və xarici təzyiqlərin müştəriyə göstərmiş olduğu təsiri nəzərə alaraq bu təzyiqi tarazlaşdırmağa imkan yaradan strategiyalar işlənib-hazırlanır.

  • Xarici təzyiqi müştəriyə sosial yardım (iş tapmaqda kömək, kredit təqdim etmək, problemi pul ödənişləri vasitəsilə həll etmək və s.) təqdim etməklə tarazlaşdırmaq olar.

  • Daxili təzyiq, stress müştərinin davranışlarını dəyişmək və onun təəssüratları üzərində işləmək vasitəsilə aradan qaldırılır. Bunun üçün aşağıdakı proseduralardan istifadə edilir:

    • Müzakirə. Müştəriyə özünün basdırılmış duyğularını, susdurulmuş və davranışlarına təsir edən fikirlərini ifadə etməsi təklif edilir.

    • Korrektəedici münasibətlər. Sosial işçi və müştəri arasında yaranan münasibətlər ana və uşaq arasındakı münasibətlərə bənzəyir. Bu münasibətlər keçmiş qeyri-qənaətbəxş münasibətləri anlamağa, onları yenidən yaşamağa və problemin həlli istiqamətində təcrübə qazanmağa kömək edir.

    • Münasibətlərin qiymətləndirilməsi. Sosial işçi təcrübəni qabaqlayaraq müştəriyə onu dərk etməkdə kömək etməli və müştərinin çevrəsi ilə olan qarşılıqlı münasibətlər strategiyasına necə təsir edə biləcəyini göstərməlidir.

    E.Holls M.Riçmonddan başlayaraq “ənənəvi diaqnostik yanaşmaya” əsaslanan müalicə prosedurasının növbəti təsnifatını təklif edir: sosial işçinin fəaliyyəti müştəri ilə iş, “üzbəüz” iş və ətraf mühitlə iş istiqamətində qurularaq müştərinin müdafiəsinə yönəldilir.

    Psixo-sosial işdə müştərinin birbaşa müalicəsinin altı strategiyası və onun çevrəsinin vasitəsilə müalicəsinin isə 3 növü vardır. Sosial işçi və müştərinin qarşılıqlı fəaliyyətləri prosesində sosial işçinin və müştərinin arasındakı kommunikativ əlaqənin 6 tipi müəyyənləşdirilib. Bunu aşağıdakı sxem şəklində təsəvvür etmək olar:




    1. Yüklə 0,73 Mb.

      Dostları ilə paylaş:
  • 1   ...   244   245   246   247   248   249   250   251   ...   294




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin