Tapşırıqlara istiqamətlənmiş yanaşma
Tapşırığa istiqamətlənmiş müdaxilə müştərinin məqsədli problemləri dərk etməsini asanlaşdırmaq üçün yerinə yetirilən prosedurlar toplusudur.
Tapşırığa istiqamətlənmə metodunda problem sosial işçinin razılığı ilə müştəri tərəfindən formalaşdırılır, bununla yanaşı məqsədlər və sosial agentliyin imkanları da nəzərə alınır. Model böhran intervensiyaları elementlərindən, problemli, istiqamətli və funksional yanaşmalardan ibarətdir. Qarşılıqlı fəaliyyət dəqiqliklə strukturlaşdırılır, göstərişlər və vaxt məhdudiyyəti öz əksini tapır. Sosial işçi və müştəri arasında olan qarşılıqlı fəaliyyət gedişatının ardıcıllığı aşağıdakı hərəkətləri yerinə yetirməyi nəzərdə tutur: müştəri probleminin spesifikliyinin tədqiq edilməsi, müqavilə bağlanması, tapşırıqların planlaşdırılması və onların yerinə yetirilməsi, qurulan məqsədə çatma, problemin nizamlanması. Problemin vəziyyətinin müəyyənləşdirilməsi və tapşırıqların dəqiq yerinə yetirilməsi müştərinin probleminin müvəffəqiyyətlə həll edilməsində əsas tərkib hissədir. Bu metodu 1970-ci ildə Ried and Epstein təklif etmiş və sosial agentliklər tərəfindən geniş şəkildə emprik təcrübədə sınaqdan keçirilmişdir.
Dostları ilə paylaş: |