OPERANT, İNSTRUMENTAL ÖYRƏNMƏ – eyni stimul və ya situasiyaya orqanizmin öz-özünə əmələ gətirdiyi müxtəlif obrazlı reaksiyaları hesabına baş verən öyrənmə üsulu
STEREOTIP – sosial hadisə və ya obyekt haqqında dəyişilməyən təsəvvür (çox vaxt təhrif olunmuş)
|
Müştərinin probleminin həll edilməsində davranış metodundan geniş şəkildə istifadə edilir. Bu metodun diqqət mərkəzində sosial işin müxtəlif sahələrindən olan məsələlər – məktəb problemlərindən gerontologiya problemlərinə qədər olan məsələlər yer ala bilər.
Sosial dəstəklə bağlı bir sıra məsələlər üzrə tədqiqat işlərinin olmadığı təqdirdə, biheviorizm nəzəri yanaşması sosial işçiyə yeni problemlərə istiqamətlənməkdə kömək edir.
Ekoloji yanaşma
Ekoloji yanaşma qarşılıqlı pozitiv mübadilə əsasında insan və ətraf mühitin qarşılıqlı təsirinin yaxşılaşdırılmasını nəzərdə tutur. “İnsan - ətraf mühit” amilinə qarşılıqlı şəkildə bir-birini tamamlayan sistem kimi baxılır ki, burada insan elə bir ətraf mühitə sahib olur ki, onun formasını məhz o özü müvafiq üsullarla formalaşdırmışdır. Ekoloji yanaşma metodundan istifadə etməklə müdaxilə prosesinin həyata keçiriliməsi aşağıdakı məsələlərə ikiqat diqqət ayrılmasını tələb edir:
müştərini əhatə edən həyat məkanında onun səriştəsinin artırılması, “həyat fəaliyyəti bacarıqlarının” ona öyrədiməsi;
müxtəlif yardım və müdafiə formaları vasitəsilə müştəri üçün əlverişli olan ətraf mühitin formalaşdırılması;
Ekoloji model metodunun mərkəzi mövzusu “həyat məkanı” olan fərdlərə, qruplara və birliklərə tətbiq edilir.
Dostları ilə paylaş: |