Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə



Yüklə 0,73 Mb.
səhifə257/294
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108047
növüDərs
1   ...   253   254   255   256   257   258   259   260   ...   294
Mövzu 17

QRUPLA SOSİAL İŞ
Tədris kursunda mövzunun yeri

Mövzuda qrupla sosial iş problemlərinin əsas yanaşmaları verilmiş, müxtəlif situasiyalarda müştəri ilə işin texnologiyaları göstərilmiş, müştəri ilə qarşılıqlı fəaliyyətin etik prinsipləri müəyyənləşdirilmişdir.



Baxılan əsas məsələlər

  1. Qrupla sosial işə nəzəri yanaşmalar.

  2. Qrup sosial işçisinin etik prinsipləri.

  3. Qrupla sosial işin ümumi modeli.

  4. Qrupla sosial işin nəzəri modeli.

  5. Qrupla sosial işin istiqamətləri.

  6. Qrupla sosial işin kliniki modeli.


1. QRUPLA SOSİAL İŞƏ NƏZƏRİ YANAŞMALAR

“Qrup işi” termini qrupla fəaliyyətə aid edilir ki, bu da özlüyündə müəyyən professional biliklər və yüksək ixtisaslılıq tələb edir və burada qrupla sosial iş fərdi işin xüsusi forması kimi başa düşülür. Bu kontekstdən baxıldığında verilən səviyyədəki sosial işçinin səciyyəvi xüsusiyyətləri aşağıdakıları əhatə edir:



  • problem istiqamətli yanaşmalar, burada müştərinin probleminin spesifikliyi qrupla işdə müəyyən texnikanın həyata keçirilməsini tələb edir;

  • subyekt – qrupla subyekt münasibət qaydaları vasitəsilə qrup işinin hadisə ilə işə yönəldilməsi. Burada sosial işçi üçün vasitəçi və fasilitator rolu müəyyənləşdirilir;

  • bir-birinə yaxın, oxşar inzibati sahələrdə qəbul edilmiş, eyni patologiyalı işə istiqamətlənmiş qrup işi texnikası və metodlarından istifadə edilməsi;

  • başa düşülməsi zəruri olan vasitələr, metodlar və prinsiplərin, psixoterapevtlərin və praktiki psixoloqların iş təcrübəsinə əsasən mənimsənilməsi və özününküləşdirilməsi;

  • müxtəlif hadisələrlə işdə fərdi yanaşmaların, fəaliyyət prinsiplərinin və dəyərlərin yaradılması;

Qrupla sosial işin metodologiyası və texnologiyası şəxslərarası qarşılıqlı fəaliyyətin interaktiv proseslərini təhlil etməyə imkan verən nəzəriyyəyə əsaslanır.

Qrupla sosial işin funksiyası insanın həyat fəaliyyətinin rifah vəziyyətindən və təhsilindən tutmuş adaptasiya və bərpasına qədər müxtəlif sahələrə nüfuz edən praktiki fəaliyyət istiqamətidir. Qrupla sosial işin müştəriləri müxtəlif etiologiyalı problemləri olan fərdlərdir.

Q. Konopkinin yanaşmasına əsasən, qrupla sosial iş şəxsiyyətlərə öz sosial funksiyalarını genişləndirməkdə və qrupun məqsədyönlü təcrübəsi əsasında onlara özlərinin fərdi, qrup və ya mikrososiumdakı problemlərinin öhdəsindən daha effektiv şəkildə gəlməkdə kömək edən praktiki metoddur. “Qrupla sosial iş” termini Q. Konopkin və digər tədqiqatçılar tərəfindən qrupla sosial işin qrupla psixoterapevtik işdən fərqini və spesifik cəhətlərini göstərmək üçün təklif edilmişdir. Əgər qrupla sosial işdə əsasən sosial funksiya ilə bağlı problemlər vurğulanırsa, qrup psixoterapiyasında isə bu vurğu xəstə insanların emosional və psixoloji proseslərinin üzərinə düşür. Bu gün belə bir meyl müşahidə olunur ki, qrup psixoterapiya metodlarından qrupla sosial iş təcrübəsində istifadə edidiyi zaman onun dərketmə sərhədləri genişlənir və bu səbəbdən iki anlayış – “qrup terapiyası” və “qrup işi” anlayışlarından istifadə edilir.

“Qrup terapiyası” anlayışından iki mənada istifadə edilir. Onun birinci mənası ənənəvi olaraq müştərinin iztirablarını azaltmaq və qrupun idarəedilən qarşılıqlı fəaliyyəti vasitəsilə onun fərdi və sosial funksiyasının dərəcəsini yaxşılaşdırmaq iqtidarında olan sosial işçinin praktiki fəaliyyəti ilə əlaqədardır. Qrupla sosial işin təsnifatlandırılması yanaşmalarında istifadə edilən ikinci məna isə qrup dinamikasına və qrupun müştəriyə göstərdiyi terapevtik təsirə bağlıdır.






Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   253   254   255   256   257   258   259   260   ...   294




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin