Problemlərin həll edilməsində qrup metodu
Qrup müzakirəsi prosesində problemin həll edilməsi bu qrupun əsas məqsədidir. İlk vəzifələr müştərinin öz fərdi problemlərini qrupun təcrübəsi vasitəsilə həll etməsinin öyrənilməsi istiqamətində olur. Metod həm normal, həm də “narahat” müştərilərə şamil edilə bilər. Müştərilər qrupda müzakirə etmək üçün onları narahat edən mövzuları seçirlər, müzakirə prosesində onlar həmsöhbətlərini dinləmək, onunla dialoq qurmaq, qrupun qəbul etdiyi normalara uyğun məlumatları qəbul etmək və seçmək bacarıqlarına yiyələnirlər. Bu qrupun səciyyəvi cəhəti olan demokratizm və dostluq münasibətlərinin bərqarar edilməsi qrup liderinin professional vəzifəsidir. Metod pozitiv insan münasibətlərinin yaranmasına şərait yaradır, müştərilərin bir-birini daha yaxşı başa düşmələrində, başqa insanın rəy və ehtiyaclarına hörmətlə yanaşmaqda onlara kömək edir.
LİDER – qrup üçün önəmli olan situasiyalarda məsuliyyətli qərar qəbul etmək haqqına sahib qrup üzvü.
|
Dostları ilə paylaş: |