Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə



Yüklə 0,73 Mb.
səhifə292/294
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108047
növüDərs
1   ...   286   287   288   289   290   291   292   293   294
Ailə ilə sosial iş

Ailəylə sosial iş çoxaspektli xarakterə malikdir. Bu fəaliyyət ailənin və onun sosial mühitinin ehtiyaclarının ödənilməsinə yönəldilmişdi. Sosial iş ailənin müxtəlif problemləri ətrafında təşkil olunacaqdır. Bunlar: psixi sağlamlıq, ailə xidməti, ailənin və məktəbin problemləri, ahıllarla iş, ailənin sosial təminatı. Ailənin problemi V. Satir, S. Minuxin, R. MakQreqor, M. Bouen və başqalarının elmi işlərində nəzəri dərk edilir və bu yanaşmalar ailə ilə sosial iş təcrübəsində istifadə olunur.



B. Satirin ailə terapiyası

Əsr Satir hesab edirdi ki, ailə — münasibətlərinin əsasında homeostazis prinsipləri (sistemin elementləri bir-birinə elə qarşılıqlı təsirdədir ki, münasibətlərin balansı saxlansın) dayanan özünü təşkil edən sistemdir. V. Satirə əsasən sistemli ailə əlaqələrində bir çox problemlər "qüsur" kimi nəzərdən keçirilə bilər. Sosial terapevt, mükəmməl ailə haqqında təsəvvürlərə malik olaraq, yaranmış vəziyyəti nikah partnyorlarına aydınlaşdırır, onların inteqrasiyasına imkan yaradır. Ailənin hər üzvü öz roluna uyğun olaraq təhlil edilir, ailə münasibətlərinin xronoloji kontekstində, müdaxilənin böyük həcmi "ağrının, ailənin böhranlı vəziyyətlərinin üzərində işə ayrılır.



Ailənin tipologiyası

Valideynlik funksiyaları

Həyat tsiklində tələbatlar və məqsədlər

Tipik problemlər və böhranlar

Uşağın doğulmasını gözləyən,yaxud körpə uşaq olan ailə

Ata və ana roluna hazırlıq, uşağın doğulması ilə bağlı yeni həyata adaptasiya, ev və uşağa qulluq üzrə vəzifələrin bölünməsi

Əsas - etibarın formalaşması, uşaq tərəfdən ailənin və dünyanın təhlükəsiz, qayğı və iştirak olan yer kimi dərk edilməsi

Valideynlər kimi cütlüyün qeyri-adekvat davranışı; atanın və ya ananın yoxluğu, valideynlərin imtinas, məhəl qoymama, əlillik, əqli geri qalma.

Məktəbəqədər yaşlı uşaq olan ailə

Uşağın tələbat və maraqlarının inkişaf etdirilməsi,uşağın ailəyə gəlməsi ilə bağlı ailənin xərclərinin artmasına alışma, cütlüyün cinsi münasibətlərinin saxlanması, valideynlərlə münasibətlərin inkişafı, ailə ənənənlərinin formalaşması

Sərbəstliyin qazanılması, lokomotor bacarıqların inkişafı, əşyaların tədqiq edilməsi, valideynlərə qarşı”Mən özüm” münasibətinin formalaşması, təşəbbüsün, günahkarlıq hissinin formalaşması.

Qeyri-adekvat sosiallaşma, valideynlər tərəfindən kifayət etməyən diqqət, valideynlərin həddən artıq himayəsi,yanlış davranış.

Məktəbli ailəsi

Elmi və təcrübi bilikərə marağın tərbiyəsi, uşağın maraqlarının dəstəklənməsi, cütlük münasibətlərinin inkişafı üçün çalışma

İntellektual və səsial stimullaşdırma, uşağın sosial iştirakı, çalışqanlığın, səlahiyyətin, təkidin/natamamlığın inkişafı.

Təhsildə uğursuzluqlar, deviant qruplara üzvlük

Yuxarı sinif uşağı olan ailə

Uşağın böyüməsi və inkişaf boyu məsuliyyətin və davranış sərbəstliyinin ona dövr edilməsi, vəzifələrin və məsuliyyətin ailə üzvləri arasında bölünməsi, layiqli nümunələr əsasında böyüyən uşaqların tərbiyəsi, uşağın individuallığının qəbul edilməsi

Nailiyyətlər, valideynlərdən qismən uzaqlaşma, eqo - identiklik, dünyaya münasibətin və onun qiymətləndirilməsinin yeni yolları, "idealların diffuziyası".

İdentiklik böhranı, özgələşdirmə, zərərli vərdişlər, cinayət.

Böyük uşaqlı ailə uşaq müstəqil həyata ilk addımını atır

Böyüyən uşaqdan ayrılma, əvvəlki hökmranlıqdan uzaqlaşmaq qabiliyyəti, yeni ailə üzvləri üçün mehriban şəraitin yaradılması, öz ailəsi və böyük övladın ailəsi arasında xoş münasibətlərin qurulması, baba və nənə rolunun yerinə yetiliməsinə hazırlıq.

Böyüklük rollarının icrasında özünü reallaşdırma imkanları, intimlik — təcrid, özünü başqa insana həvalə etmək qabiliyyəti kimi sevgi, hörmət, məsuliyyət.

Nikaha girmədən atalıq, analıq, valideyn ailəsindən həddən artıq asılılıq, nikahda münaqişə, cinayət, işdə/təhsil müəssisəsində düzgün olmayan davranış.

Orta yaşlı ailə,”boş yuva”

Cütlük münasibətlərinin yenilənməsi, yaşla əlqaədar fizioloji dəyişikliklərə uyğunlaşma, qohumlar və dostlarla qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi.

Həyati rollarda özünü inkişaf etdirmə üçün imkanların genişlənilməsi, məhsuldarlıq /durğunluq, məhsuldarıq/süstlük

Ailədə qırılma, boşanma, maliyyə problemləri, ev təsərrüfatını idarə etməkdə bacarıqsızlıq, ataların və övladlar münaqişəsi, karyeranın uğursuzluğu, qeyri-mütəşəkkillik.

Yaşlı ailə

Ahıl insanların tələblərinə uyğun olaraq evin dəyişilməsi, gücün azalması ilə bağlı digərlərindən yardım almağa hazırlığın tərbiyəsi, təqaüdlə yaşayışa uyğunlaşma, ölümə münasibətin dərk edilməsi.

Ahıl insan rolunda özünü inkişaf etdirmə üçün imkanlar, tamlıq/ümidsizlik.

Dul qalma, xroniki acizlik, pensiyaya çıxışla öz rolunun dərk edilməməsi, sosial təcrid.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   286   287   288   289   290   291   292   293   294




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin