Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


Sosial işin nəzəriyyəsində idrak prosesinin metodologiyası



Yüklə 0,73 Mb.
səhifə36/294
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108047
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   294
Sosial işin nəzəriyyəsində idrak prosesinin metodologiyası

Nəzəri sosial iş biliyinin formalaşması onun məktəblərinin və istiqamətlərinin inkişaf dinamikası, müştərilərlə hər səviyyədə göstəricilərinin qarşılıqlı təsir modellərinin axtarışı, bilik və tədqiqat mövzusunun müəyyən edilməsi ilə əlaqədardır.


Tədqiqat - yeni elmi biliklərin inkişaf prosesi, idrak fəaliyyətinin bir növü. Elmi tədqiqat obyektivlik, təkrarlana bilmə, dəlil ilə xarakterizə olunur.

Diaqnostika məktəbinin nəzəri tədqiqatları sosial işdə sistemli elmi biliklərin başlanğıcı olmuşdur. Onun nəzəri anlayışlarının əsasları psixoanaliz və sosial davranış (biheviorizm) ideyalarıdır. Onlar həmçinin müştəri ilə qarşılıqlı əlaqə yaratmaq üçün üsul və prosedurların formalaşdırılması üçün əsas olmuşdur. Ancaq 1930-cu illərdə psixoanaliz ruhunda praktik işə başlayan Rank, Taft, Robinson, fərdi işdə funksional bir üsul anlayışını inkişaf etdirərək, onu (psixoanalizi) tərk etdilər. Bu metod ekzistensializmin fikir və istiqamətlərinə əsaslanırdı.

1940-cı ildən etibarən diaqnostik və funksional məktəblər arasında müştərilərə köməklik təcrübəsi sistemində elmi biliklərin prioritetləri və effektivliyi ilə bağlı bir sıra müzakirələr aparılmışdır. Bu müzakirələrin nəticəsində mövcud sosial məktəblərin ehtiyac sahiblərini izah edən və dəstəkləyən yanaşmalardan yalnız birini əks etdirməsi və müştərinin bütün problem və istəklərini təmin etməməsi məlum oldu. Müzakirələrin mühüm cəhəti praktiki sosial iş modellərini təklif edən məktəblərin praktiki fəaliyyətinin tənqidi oldu. Bu faktın gerçəkləşməsi üçün daha çox sosial davranış və psixoanalizin ənənələri ilə əlaqəli olmayan sosial işin nəzəri yardım modellərinin təşviqi də böyük rol oynadı. H. Perlman, müştəriyə fərdi yanaşmanın öz versiyasını təqdim etdi - problemə yönəldilmiş sosial iş modeli. Bu modelin əsasında münaqişə nəzəriyyəsi və situasiya nəzəriyyəsinin qarşılıqlı təsiri üçün konsepsiyalar və proseduralar qoyulur. Ortaq bir dünyagörüşü əsaslarına malik olan nəzəriyyələrin birləşməsi nəzəri konstruktların eklektik konstruksiyalarının yaranmasına gətirib çıxardı. Eklektisizm modellərə yardım üçün məhdud variantların böhranına reaksiya göstərdi. Bununla yanaşı, bir tərəfdən mümkün axtarış və yardım modellərinin modifikasiya prinsiplərini göstərməklə, eklektik yardım modelləri, müştəri böhranı zamanı müdaxilə etməyə imkan yaratdı və bu da əsas vəzifələrə əsaslanan yardım modellərinin istiqamətini açdı (Reed və Epştein tədqiqatları).
Beləliklə, Qərbi Avropanın sosial iş modellərinin inkişaf sosiogenezi, onun dərkinin əsas obyektini ortaya çıxartdı. Dəstək və müştəriyə kömək prosesində müxtəlif vəziyyətlərdə bir obyektiv realliq olaraq, təcrübə sosial işin idrak obyekti kimi çıxış edir. Sosial iş təcrübəsi tətbiq səviyyəsindən asılı olaraq xüsusiyyətlərini dəyişən bir prosesdir. İnteraksiya - təcrübənin elementləri, onlar yardım prosesinin konstruktiv funksiyasını ifadə edir və sosial işin təcrübəə nəzəriyyəsini təsvir edən, başa salan və təxmin edən müəyyən modellər şəklində fəaliyyət güstərir.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   294




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin