Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


Sosial işin dəyərlərinin metasəviyyəsi



Yüklə 0,73 Mb.
səhifə57/294
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108047
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   294
Sosial işin dəyərlərinin metasəviyyəsi

1. Yaşamaq hüququ.

İnsan həyatının dəyəri sosial müdafiə və dəstək sahəsində bütün işin əsaslarının əsasıdır. Bu güman edir ki, yaşamaq hüququ hər bir insanın ayrılmaz və mütləq hüququdur. İnsanın fəal dəstəyi, onun hüquqlarının pozulmalarına əks təsir, həyatın keyfiyyətin təminatı və yaxşılaşdırılması sahəsində fəaliyyət — sosial işin ən əhəmiyyətli dəyərlər yönümləridir.

2. Azadlıq.

Bütün insanlar azad doğulurlar və azadlıq hüququna malikdirlər, hər bir insan həyat tərzinin seçilməsində azadlığa malikdir. İnsan hüquqlarının ümumi bəyannaməsinə əsasən, azadlıq aşağıdakı məqamları nəzərə alır: köləlikdən və asılı vəziyyətdən azadlığı, işgəncələrdən və qəddar rəftardan və cəzadan azadlığı, özbaşına həbsdən, tutulmadan və ya sürgündən azadlığı, şəxsi və ailə həyatına özbaşına müdaxilədən, yaşayış yerinə və korrespondensiyanın məxfiliyinə özbaşına qəsd etmədən azadlığı, yerdəyişmə və yaşayış yerinin seçiminə azadlığı.

3. Bərabərlik və qeyri-diskriminasiya.

Sosial işdə bərabərlik prinsipi ədalət prinsipi, qeyri-diskriminasiya ilə sıx bağlıdır və burada qeyri-diskriminasiya bərabərlik və ləyaqətə hörmət kimi başa düşülür. Qeyri-diskriminasiya diskriminasiyaya, yəni insana onun cinsi, irqi, dərisinin rəngi, dini və ya siyasi əqidələri və s. kimi əlamətləri əsasında yanaşmaya qarşı durur. Diskriminasiyanın səbəblərinin siyahısı daim artır və bu da dünyada baş verən dəyişikliklər və mövcud ənənələrlə bağlıdır.



4. Ədalət.

Ədalət — cəmiyyətin əsasıdır, o, onun üzvlərinin ləyaqətinə hörməti və şəxsiyyətin təhlükəsizliyin və toxunulmazlığının təmin olunmasını nəzərdə tutur. Ədalət müxtəlif aspektlərə malikdir: hüquqi, məhkəmə, sosial, iqtisadi. Ədalət - insanın hüquq və azadlıqlarının zəmanətidir, günahkar tanınma halında cəmiyyətin hər bir üzvü ədalətli məhkəmə təhqiqatı, humanist rəftar, düzəldilmə və sosial yenidən tərbiyələndirmə hüququna malikdir.

Sosial ədalət insanın ehtiyaclarının təmin olunmasını, maddi resursların ədalətli bölgüsünü, səhiyyə və təhsil xidmətlərinə əlçatımlığını, bərabər imkanların yaradılmasını, sosial müdafiə və təminatı nəzərdə tutur. Sosial ədalət — insanın müdafiəsinin əsas vasitəsi, bəşəriyyətin inkişafı üçün şərtdir.

5. Həmrəylik.

Həmrəylik — sosial işdə ən əhəmiyyətli dəyərdir. O, insanın əzab və ümidlərinin anlamasını, onun hüquqları uğrunda mübarizədə iştirakını bildirir. Sosial işçilər insanlara təkcə yardım göstərməməlidirlər, eləcə də dünyanın hər bir nöqtəsində ayrı-ayrı şəxslərlə, qruplarla, icmalarla, zorakılığın, sürgünün və ya azadlıqların sıxışdırılmasının qurbanları ilə həmrəy olmalıdırlar.

Həmrəylik təbii fəlakətlərin baş verdiyi dövrdə, eləcə də ehtiyacla, sosial haqsızlıqla və məhəl qoyulmamaqla şərtlənən vəziyyətlərdə böyük əhəmiyyətə malikdir. Həmrəylik — əhalinin zəif təbəqələrinə və insan hüquqlarının pozulmasının qurbanlarına aktiv köməkdir.

6. Sosial məsuliyyət.

Sosial məsuliyyət — həmrəyliyin praktik tərəfidir. Ehtiyac duyanlara dəstəyin göstərilməsi, maraqlarının müdafiəsi, köməyin təqdim olunması üzrə fəaliyyətdir. Sosial məsuliyyət “qəyyumluq” kimi əlavə məna yüklənməsinə malikdir. Bu konseptə uyğun olaraq, cəmiyyətin malik olduğu istənilən resurslar, insanın vəziyyətinin yaxşılaşması üçün istifadə olunmalıdır. Digər tərəfdən, “qəyyumluq” belə bir məqamı nəzərdə tutur ki, insan da bəşəriyyətin tərəqqisi naminə öz istedad və qabiliyyətlərindən istifadə etsin. Kasıb və ehtiyac duyanlara yardım etmədə və xidmətin göstərilməsində sosial məsuliyyətin dəyərli mənasıdır.



7. Dünyanın təminatı və zorakılıqdan imtina.

Dünya yalnız təşkil olunmuş münaqişənin mövcud olmaması formasında yox, ümumilikdə şərtsiz dəyərdir. Sülhün təminatı insanın özünün özü ilə, ətrafdakılarla və ətraf mühitlə harmoniyanın əldə edilməsi ilə bağlıdır. Münaqişələrin qaçılmaz olmasını qəbul edərək, sosial işçilər onları sülh və qeyri-zorakı yolu ilə nizama salmağa çalışırlar. Vasitəçiliyi və barışığı, ardıcıllığı, hörməti və anlamanı, biliyi nəzərdə tutan təkamül yanaşması “dağıtma və yeniləmə”ni nəzərdə tutan inqilabi yanaşmadan fərqli olaraq münaqişələrin nizama salınmasının daha effektiv vasitəsidir. Sülhyönümlü inkişaf — planetdə sosial ədalətə və sülhün bərgərar olmasına can atan bütün insanların dəyişilməyən sivil dəyəridir.



8. İnsan və təbiət arasında münasibətlər.

Təbiətlə harmoniyanın axtarışı — bəşəriyyətin ən əhəmiyyətli strategiyalarından biridir. İnkişafın qeyri-mükəmməl iqtisadi modelləri, zəhərli sənaye resurslarından istifadə, radioaktiv çirklənmə, təbiətə istehlak münasibəti, informasiyanın yoxluğu əhalinin zəif təbəqələri üçün təhlükə yaradırlar. Ətraf mühitin deqradasiyasının qarşısının alınması məqsədi ilə kompleks proqramlar, ekoloji tərbiyə proqramları, ətraf mühitin qorunması üzrə kampaniyalar — sosial işçilərin ən əhəmiyyətli tədbirləridir.




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   294




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin