Sosial işin dəyərlərinin makrosəviyyəsi
Bu səviyyənin dəyərləri peşəkar səlahiyyət çərçivəsində sosial işçinin konkret hərəkətlərini əsaslandırır, müştərilərin, kolleqaların, işə götürənlərin, peşənin qarşısında onun məsuliyyətini müəyyən edir.
1. Fərdin cəmiyyətlə münasibətdə üstünlükləri.
Sosial işçi müştərinin hüquqlarını və maraqlarını müdafiə edir. O, xüsusi yolla ona cəmiyyətə inteqrasiya etməyə, onun tamhüquqlu üzvü olmağa şərait yaradan sosial reabilitasiya kursu keçir. Sosial işçi hərəkətləri və əməlləri ilə müştərinin vətəndaş və qanuni hüquqlarını pozmamalıdır. Müştəri qanunvericiliyi pozduğu halda və onun hərəkətlərinin azadlığı ətrafındakıların azadlıqlarına və hüquqlarına münasibətdə zorakılıq olduğu halda sosial işçi ictimai maraqlarının keşiyində durur.
Dostları ilə paylaş: |