Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə



Yüklə 0,73 Mb.
səhifə59/294
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108047
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   294
SOSİAL REABİLİTASİYAsosial mühitdə insanın həyat fəaliyyətinə aid olan qabiliyyətlərinin bərpasına yönəldilmiş prosesdir.

2. Müştəri ilə qarşılıqlı münasibətlərdə məxfiliyə hörmət.

Məxfilik — müştərinin müdafiəsinin vasitəsidir. Müştəri ilə qarşılıqlı münasibətlər prosesində sosial işçi tərəfindən əldə olunmuş informasiya başqa şəxslərlə müzakirənin predmeti ola bilməz, çünki bu müştərinin həyat strategiyalarının dəyişilməsinə, onun həyat ssenarisinin pisləşməsinə gətirib çıxara bilər. Peşəkar fəaliyyətdə konfidensiallıq aşağıdakı nyuansları özünə daxil edir: informasiyanın alınmasının məqsədləri, informasiyanın sərhədləri haqqında müştərinin məlumatlandırılması, üçüncü şəxslərlə peşəkar səbəblərdən müştəri ilə onun problemlərinin müzakirə məsələlərinin razılaşdırılması, müştərinin informasiyasının elmi məqsədlərdə istifadə etmək imkanları. Sosial işçi reabilitasiya prosesi zamanı aparılan yazıları təqdim etməlidir.


  1. Şəxsi ehtiyacları və hissləri peşəkar münasibətlərdən ayırmaq hazırlığı.

Peşəkar fəaliyyət prosesində sosial işçi dəyərlər yönümlərini, müştəri ilə, qruplarla, cəmiyyətlə qarşılıqlı əlaqələrin implisit konseptlərini formalaşdırır. Sosial xidmətlərin göstərilməsi prosesində o, öz dəyərlər yönümlərini, emosiyalarını, hisslərini müştəri ilə peşəkar əlaqələrdən və münasibətlərdən ayırmalıdır. Peşənin normativ tələbləri münasibətlərə nəzarət etməsi ilə bağlıdır. “Sən — mənə, mən isə — sənə” qarşılıqlı asılılıq prinsipi sosial işçinin və müştərinin qarşılıqlı əlaqəsində yolverilməzdir, çünki istehlak yönümlü olmayan dəyərlər yönümləri, qarşılıqlı hörmət, altruizm — peşəkar qarşılıqlı əlaqənin əsasıdır. Sosial işçi şəxsi xeyirin əldə edilməsi üçün peşəkar münasibətlərdən istifadə etməməlidir.

4. Sosial cəhətdən dərk edilmiş ehtiyaclara uyğun olan sosial dəyişikliklərə can atma.

Sosial işçi müştəriyə onun ehtiyaclarına uyğun olan dəstəyə və köməyə aid həqiqi motivlərini dərk edərək xidmət göstərir. Sosial işçi diskriminasiyanın və zorakılığın bütün formalarına qarşı çıxır, ictimai münasibətlərin harmoniyalaşdırılmasının cəhdində sosial fəallıq göstərir. Sosial mühitin dəyişdirilməsi üzrə fəaliyyət peşəkar tələblərin vacib şərtidir.



5. Biliklərin və bacarıqların başqalarına ötürülməsinə hazırlıq.

Sosial işçi — müxtəlif vəziyyətlərdə insanların həyat rolları və münasibətləri haqqında bilən peşəkardır. Dünya, qarşılıqlı təsirlər, dəyişən proseslər haqqında bilik müştərilərin sərvəti olmalıdır. Vəziyyət, problem haqqında bilik, münaqişələrin və uğursuzluqların səbəblərinin dərk edilməsi müştərinin dəstəyinin müəyyən növüdür. İctimai əlaqələr və münasibətlər haqqında yeni biliklərin əldə edilməsi cəmiyyətin inkişafına imkan yaratmalıdır, bu mənada sosial işçi sosial siyasətin kursunun, qanunvericiliyin, sosial müdafiə müəssisələrinin və ictimai institutların inkişaf strategiyalarının dəyişikliyini dəstəkləməlidir.

Sosial işçi kritik yoxlamalıdır və meydana çıxan yeni biliklərdən geri qalmamalıdır, peşənin inkişafına gücü çatan töhfəni gətirməlidir.

6. Fərdi və qrup fərqlərinə hörmət, onların ləyaqətli qiymətləndirməsi.

Sosial işçi irqi mənsubiyyətə, dərinin rənginə, cinsinə, seksual oriyentasiyaya, yaşa, dini inamlara, sosial mənşəyə, ailə, mülk və ya sinfi vəziyyətinə, siyasi inamlara, əqli və fiziki çatışmazlıqlara əsasən yaranan diskriminasiyanın istənilən formalarına qarşı çıxır.




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   294




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin