Sosial siyasətin yerli modelləri.
Sosial siyasətin yerli modellərini tarixi proses kontekstində nəzərdən keçirmək mümkündür, bu isə Rusiya sosial praktikasına xas olan ictimai qarşılıqlı münasibətlərin qurulması modellərini müəyyən etməyə şərait yaradacaq.
“İctimai rifahın” ideoloji konseptləri bir neçə əsrlər ərzində işlənib hazırlanırdı. Tarixi planda o, yaranan şəraitdə maddi - mənəvi nemətlərin mümkün olan ədalətli paylanılması və yenidən paylanılması, ehtiyacı olanlara dəstək praktikası, istehsalat üsulunun xüsusiyyətləri, eləcə də hakimiyyətin tarixi institutları və “ictimai rəy” ilə bağlı idi. Sosial siyasətin yaranan modelləri birinci növbədə əmək qabiliyyətini itirmiş əhalinin müəyyən təbəqələri üçün ictimai nemətlər və nailiyyətlərdən istifadə etmək imkanının təmin olunmasını; ikinci növbədə dəstəyin paylanma formalarını qanunvericiliklə təsbit edilməsini; üçüncü növbədə “ictimai rəyin” tarixi təzahürlərini nəzərə alaraq əhalinin rifahı siyasətinin həyata keçirilməsini tələb edən yenidən paylanma mexanizmlərinin prinsiplərini işləyib hazırlayırdı.
Dostları ilə paylaş: |