4. Dövlətin rifahının Avropa konseptləri.
“Ümumi rifah dövləti” konseptlərinin yaranmasına qədər sosial rifah patternlərinə yanaşmalarda D. Miller sosial hüquq metodunu istifadə edərək hüquqi ideyalar əsasında Avropa sivilizasiyasına xas olan ictimai modelləri eyniləşdirmişdi. Orta əsrlər cəmiyyəti, bazar ideyaları və fərdiyyətçiliyin formalaşdırıldığı sənayə cəmiyyəti, kollektivist cəmiyyəti təhlilə məruz qalmışdır.
SOSİAL RİFAH – əhalinin sosial, iqtisadı, təhsil və tibbi problemlərinin həllinə şərait yaradan və bununla müasir cəmiyyətin funksiyalaşmasını təmin edən proqramlar, ödəmə və xidmətlər sistemidir.
Fərdin statusunun ictimai münasibətlər və əlaqələrdə əsas rol oynadığı iyerarxik orta əsrlər cəmiyyəti əhalinin təbəqələrinin sosial bölgüsünün sərt çərçivələri ilə səciyyələnir. Bununla bağlı orta əsrlər cəmiyyətinin əsasında borc, ailə öhdəlikləri ideyaları dayanırdı və bu ailə böhran və həyat çətinlikləri vəziyyətində özünəməxsus bir donor rolu oynayırdı. Fərdiyyətçilik cəmiyyəti fərqli prinsiplərdə əsaslanırdı, o, şəxsi müstəqilliyi və peşəkar səriştəliliyi vurğulayırdı, bununla da bu meyarlar fərdin ən mühüm həyat dəyərləri və strategiyalarını təyin edirdi. Bu tarixi situasiyada sosial dəstək rəqabət aparılan bazarda uğursuzluğa məruz qalanlara göstərilirdi. Kollektivist cəmiyyətdə həmrəyliyə və qarşılıqlı dəstəyə xüsusi əhəmiyyət verilir, çünki hüquqlar və məsuliyyətlər cəmiyyətin bütün nümayəndələrinə şamil edilir. İctimai rifahın bütün bu patternləri yeni tarixi dövrdə formalaşan ictimai-iqtisadi konsepsiyaların özünəməxsus əsası kimi çıxış edirdi.
Sosial rifah modellərinin əsas patternləri öz tarixi özünəməxsusluğunda D. Miller tərəfindən təklif olunub. Bu patternlər aşağıdakı cədvəldə öz əksini tapır.
İctimai ideallar
|
İyerarxik
|
Fərdiyyətçi
|
Kollektivist
|
İctimai təşkilatın vahidi
|
Ailə
|
Fərd
|
Kommyunite
|
Fərdi status
|
Borc
|
Müstəqillik
|
Vətəndaşlıq
|
Siyasi təşkilat
|
Aristokratiya
|
Nümayəndəli demokratiya
|
Demokratik iştirak
|
Təminatın mənəviyyatının əsası
|
Xristianlıq
|
Qalıq yanaşma
|
İnstitusionalizm
|
Təminat forması
|
Volyuntarizm
|
Selektiv
|
Universal
|
Mübadilə forması
|
Ritual
|
Balanslaşdırılmış
|
Ümumiləşdirilmiş
|
İşarə forması
|
Kasta
|
Fərdilik
|
Cəmiyyət
|
Azadlığın interpretasiyası
|
Borc
|
Fərdiyyətçilik
|
Sosium
|
Motivasiya
|
İctimai vəziyyət
|
|
Ehtiyac
|
Hüququn əsası
|
Əlavə etmə
|
Əldə etmə
|
Universallıq
|
Sosial dövlət və ya sosial rifah dövləti ideologiyası ötən əsrin sonunda yaranır. Kollektiv həmrəylik ideologiyası qərb sivilizasiyasının fərqli kontinentlərində “sosial dövlət” (alman dilli ölkələrdə) və “sosial rifah dövləti” (ingilis dilli ölkələrdə) kimi müxtəlif modellərdə azad bazar şəraitində ədalətli ictimai paylanma və yenidən paylanma problemlərini dərk etməyə imkan verdi. Sənaye bazarı və demokratik sistem bir tərəfdən milli zənginliyin artımını, digər tərəfdən isə müxtəlif ictimai təbəqələrin sosial qarşıdurmasını yaratdı. Belə şəraitdə bərabərlik və ədalətlilik mexanizmlərinin axtarışı həyata keçirilir.
İlk dəfə “sosial dövlət” anlayışı alman alimi L. fon Ştayn tərəfindən XIX əsrin sonunda istifadə olunub. O, hesab edirdi ki, sosial dövlət “öz hakimiyyəti sayəsində bütün ictimai siniflərə, eləcədə öz müqəddəratını təyin edən ayrıca şəxsə hüquqlarda mütləq bərabərliyi dəstəkləməlidir. O, öz vətəndaşlarının iqtisadi və ictimai tərəqqisinə şərait yaratmağa borcludur, çünki nəticə etibarı ilə birinin inkişafı digərinin inkişafının şərti kimi çıxış edir, məhs bu mənada sosial dövlət haqqında söhbət açmaq olar”. “Sosial” anlayışı sənaye inkişafı mərhələsində ictimai quruluşun yeni keyfiyyət məzmununu müəyyən edirdi. Seçmə hüququ, istehsalat və sosial risklərin minimuma endirilməsinə şərait yaradan sığorta sisteminin formalaşması, zəmanətli minimal gəlirin olması, rifahın müəyyən səviyyəsinin təminatı azad bazarın destruktiv fəsadlarının qarşısının alınmasına istiqamətlənən dövlətin əsas siyasi hərəkətləridir. XX əsrin sonunda D. Kreft və İ. Milents sosial dövlət konsepsiyasında vacib struktur element kimi vətəndaşların rifahını və dövlətin qanunvericilik yolu ilə ən əsas sosial-iqtisadi proseslərə müdaxiləsini qeyd etməyə başlamışdılar.
Sosial dövlət modellində əsas rifah prinsiplərinə aşağıdakıları aid etmək olar:
Sosial ədalət;
Sosial bərabərlik;
Sosial zəmanətlərin təmin edilməsi.
“Dövlət rifahı” konsepsiyası Qərbin ictimai və fərdi rifah nəzəriyyəsinin müstəqil idrak sahəsi kimi formalaşdığı dövrdə ingilis dilli ölkələrdə XX əsrin 30-cu illərində rəsmiləşdirilir. Mövcud olan modelin işlənib hazırlanmasında P.Titmus, E.Xansen, Q.Myürdal, P.Samuelson və s. tədqiqatçılar iştirak edirdilər. Ümumi rifah dövləti hakimiyyətin demokratik forması, əhalinin rifahının təminatına dövlət subsidiyaları, kapitalist istehsalat sisteminin maraqlarının müdafiəsi ilə yanaşı sosial dəstəyin kollektiv zəmanətlərinin mövcudluğu ilə səciyyələnən siyasi sistem modelidir. Ümumi rifah dövləti bazar iqtisadiyyatı və demokratik siyasi struktur ilə qarşıdurma vəziyyətində deyil.
Dövlət sosial rifahının təsvir olunmasına bir mənalı yanaşmalar yoxdur, çünki obyektin təsvir metodologiyası daimi transformasiya prosesində olub, bu isə ictimai əlaqələrin və münasibətlərin dinamikası ilə şərtlənir.
R. Titmus “ümumi rifah dövləti”ni ideya və real siyasi vahid kimi fərqləndirirdi. Birinci halda ideya bazarın qanunları və dəyərin iqtisadi qanunları ilə az əlaqələndirilirdi, çünki əhalinin təbəqələrinin bir hissəsinin rifahının yaxşılaşması digər təbəqələrin rifahının artımına mütləq şəkildə gətirib çıxarmır, bu isə mövcud olan konsepti praktiki olaraq ideal sxemə yaxınlaşdırırdı. “Ümumi rifah dövləti” iqtisadi qanunlar nəzərə alındığı halda siyasi reallığa çevrilir, lakin belə halda fərd maraqları pozula bilən bu və ya digər ictimai qrupla eyniləşdirilir.
Vitteqşteyn obyektin təsviri fəlsəfəsinə yanaşmalarda ailənin təsviri prinsiplərinə əsaslanırdı. Ailə identikliyi prinsipləri oxşarlıq elementləri əsasında ümumi rifah dövlətinin konseptlərinin praktiki reallaşmasını izah etmək üçün sosial obyektlərin və institutların kifayət qədər geniş çevrəsinə yayılır. Mövcud olan konseptdə analiz vahidi kimi çıxış edən ailə özü “dövlət rifahının” xüsusiyyətləri və əlamətləri ilə səciyyələnən sosial tarixi institut kimi təhlil olunur.
Son on illərdə Qərb nəzəriyyəsində dövlət rifahı problemi iki problem ətrafında fokuslaşıb: həyatın keyfiyyəti haqqında təsəvvürlərdə əsaslanan “fərdi rifahın” konkret-tarixi anlamında və “rəqabət bazarı” şəraitində rifahın reallaşması mexanizmlərinin öyrənilməsində.
Məsələn, Byukenen hesab edir ki, rifah dövləti vəsaitlərin ötürülməsi yenidən paylanma siyasəti ilə bağlı olan “ötürən dövlət formasıdır”. Belə dövlətin institutları “istehlakçı fərdin şəxsi məqsədləri”nin nail olunmasına istiqamətlənməlidirlər. Beləliklə, XX əsrin sonunda fərdi istehlak sosial-iqtisadi inkişafın fundamental problemi kimi təqdim olunur.
Əhalinin sosial rifahı problemlərinə ideoloji yanaşmalar xarici ölkələrdə aşağıdakı əsas dixotomik qarşıdurmalar ətrafında formalaşır: marksizm – fabianizm, antikollektivizm - “arzu olunmayan kollektivizm”.
Marksist doktrinasının tərəfdarları ictimai problemləri “iqtisadi determinizm”, iqtisadi siniflər arasında baş verən konflikt mövqeyindən təhlil edirlər. Sosial rifah mövqelərinin əsaslandırılması əhalinin kasıblaması və yoxsulluq problemi kontekstində qərarlaşır.
Dostları ilə paylaş: |