Əhalinin gəlirlərinin dəstəyi proqramları sosial müavinətlər, kompensasiyalar və təqaüdlərlə əlaqələndirilirlər. Onlar ehtiyacı olan insanların işsiszlik, əlillik, sosial təminatsızlıq hallarında maliyyə müdafiəsinin və dəstəyin təminatına, sosial sığorta ödəmələrinin, dövlət maliyyə yardımının sosial ödəmələrinin həyata keçirilməsinə yönəliblər. Sosial sahənin islahatlandırılması prosesində kompensasiya ödəmələrinin effektivliyini təmin etməli olan bir sıra vəzifələr üzə çıxarılmışdır və bunlara aşağıdakıları aid etmək olar: təqdim olunan sosial ödəmələrin vacibliyinin artırılması; ehtiyacı olan vətəndaşlara maddi dəstəkdə federal orqanların, yerli özünüidarəetmə orqanların iştirak səviyyəsinin təyin edilməsi; sosial ödəmələrin təqdim olunmasında sığorta prinsiplərinin gücləndirilməsi və s.
Bu müddəaların məqsədi iqtisadi müdafiəni təqdim etmək və yaşayış minimumunun səviyyəsini qorumaq, iqtisadi resursları yenidən paylamaq və ehtiyacı olanlara köməyə gəlmək, bazar iqtisadiyyatının qeyri bərabər mükafatlarını tamamlamaq və kompensasiya etmək.
Dostları ilə paylaş: |