Sosial qulluq müəssisələrinin proqramları cəmiyyətdə ayrı-ayrı vətəndaşların qruplarının sosial funksiyalaşmasının bərpasına və qorunub saxlanmasına yönəlib. Sosial qulluq sistemi dövlət, bələdiyyə, qeyri-dövlət xidmət müəssisələrini özündə birləşdirir. Sosial xidmətlərin əsas funksiyaları sosial yardım, konsultasiya, sosial korreksiya və reabilitasiya, evdə və stasionar müəssisələrdə göstərilən sosial qulluq, ehtiyacı olanlara müvəqqəti sığınacaq təqdim edilməsi ilə bağlıdır. Əsas funksiyalara uyğun olaraq sosial xidmətlər fərqli istiqamətlərdə fəaliyyətdə ola bilərlər:
servis xidmətləri – informasiyanın, arayışın təqdim olunması, kliyentlərin müdafiəsi, kliyentin çətin həyat şəraitində iştirakı və həmiştirakı (sosial qulluq mərkəzləri, sosial qulluğun ərazi mərkəzləri, telefon vasitəsi ilə təcili psixoloji yardım mərkəzləri və s.);