SOSİAL QULLUQ MƏRKƏZİ – təşkilatçı və praktik fəaliyyəti həyata keçirən, ahıl vətəndaşlara, əlillərə və sosial dəstəyə ehtiyacı olan əhalinin digər qruplarına müxtəlif növ sosial yardım göstərən əhalinin sosial müdafiə müəssisəsidir.
SOSİAL MÜDAFİƏ - prinsiplər, qaydalar, metodlar, qanuni şəkildə dövlət tərəfindən təsis olunmuş sosial zəmanətlər, tədbirlər və müəssisələr sistemidir. Bu sistem şəxsə, müxtəlif sosial kateqoriya və qruplara aid onlara həyatlarının optimal şəraitlərinin təqdim olunması, həyat təminatının və fəal mövcudluğunun dəstəklənməsi, tələbatlarının ödənilməsi sahəsində adı çəkilən zəmanətlər və tədbirlərin reallaşmasını təmin edir. Sosial müdafiə vətəndaşların normal həyatında yaranan riskli situasiyalara ( xəstəlik, işsizlik, qocalıq, ailə başçısının itirilməsi, əlillik və s.) qarşı yönələn dövlətin və cəmiyyətin tədbirlər, hərəkətlər və vasitələr məcmusudur. Bu iqtisadi dəyişikliklər və bu dəyişikliklərlə bağlı əhalinin zəif təbəqələrinin həyat səviyyəsinin aşağı enməsinə aid dövrdə həmin zəif təbəqələrin maddi dəstəyinin dövlət tərəfindən minimal səviyyəsinin təmin olunmasına yönələn sosial-iqtisadi və hüquqi xarakter daşıyan dövlət tədbirləri kompleksidir.