Mövzu 5. SOSİAL İŞIN NƏZƏRİYYƏSI VƏ TƏCRÜBƏSİ PROBLEMLƏRİ
Tədris kursunda mövzunun yeri
Bu mövzuda yerli və xarici sosial elmdə formalaşan sosial işə əsas nəzəri yanaşmaların məzmunu açılır. Biliyin müstəqil sahəsi kimi sosial işin nəzəriyyəsinin formalaşmasında müasir yanaşmalar və konsepsiyaların izahı nəzərdə tutulmuşdur.
Araşdırılan əsas məsələlər:
- Müasir sosial işin nəzəriyyəsinə Rusiya yanaşmaları.
- Sosial işin nəzəriyyəsi və sosial pedaqogikanın nəzəriyyəsinin nisbəti problemi
- Sosial işin nəzəriyyəsinə beynəlxalq yanaşmalar.
- Sosial işin nəzəriyyəsinin inkişafı istiqamətləri
- Sosial iş təcrübəsi problemləri.
1. Müasir sosial işin nəzəriyyəsinə Rusiya yanaşmaları
Sosial işin yerli nəzəriyyələrinin formalaşmasının yeni mərhələsi 1990-cı illərin əvvəllərində başlayır. Sosial işin fəaliyyət təcrübəsinin yoxluğunda onun formalaşması bu profilin mütəxəssislərinin hazırlığı sahəsində təhsilin inkişafı ilə bağlıdır. Predmet sahəsini isə ümumnəzəri fənlər və xüsusi halda "Sosial işin nəzəriyyəsi" müəyyən edirdi.
NƏZƏRİYYƏ — biliyin bu və ya digər sahəsində əsas ideyalar sistemidir.
|
Dostları ilə paylaş: |