Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə



Yüklə 0,73 Mb.
səhifə117/294
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108047
növüDərs
1   ...   113   114   115   116   117   118   119   120   ...   294
Sosial işin ingilis modeli

Sosial işin hədəfi insan ehtiyaclarının təmin olunmasıdır. Dövlət müştəri ehtiyaclarına ünvanlı və fərdi yanaşma əsasında insanların ehtiyaclarının təmin olunmasına zəmanət verir. Bu model əsasında aşağıdakı prinsiplər durur:

- müştəri sorğusu;

- müştərinin maddi durumu;

- agentliyin imkanları;

- hüquqi təminat.

Dövlət xidmətlər bazarı vasitəsilə sosial müdafiədə insanın ehtiyaclarının təmin olunmasını reallaşdırır. Bu xidmətlər dövlət və qeyri-dövlət sektoru tərəfindən təqdim olunur.

Sosial xidmətin problemli sahəsi:

a). Xidmətlər bazarı qaçılmaz rəqabətə gətirib çıxarır, bu da göstərilən xidmətə görə ödənişin dərəcələrə ayırmasına gətirib çıxarır, bununla əlaqədar olaraq xidmət standartlarının variantlığı qiymət və dəyərin nisbətindən birbaşa asılıdır, nəticədə sosial bərabərsizlik yaranır. Digər tərəfdən, standartların özləri dəqiq, qanunla təsdiq edilmiş oriyentirlərə malik deyillər.

"Müştəri ehtiyaclarının təmin olunması" ideyası sosial xidmət müəssisələrinin həm sayının, həm də növlərinin artmasına və genişlənməsinə gətirib çıxarır. Bu da öz növbəsində cəmiyyətdə hökmən iqtisadi və siyasi problemlərə gətirib çıxarır. Bunun səbəbi həmişə cəmiyyətin ictimai-iqtisadi imkanlarından "qrupların ehtiyaclarının artması"nın irəlidə olmasıdır.

b) "Müştəri ehtiyaclarının təmin olunması" ideyası nəzəriyyədə böhrana gətirib çıxardı. Metodoloji plüralizm mütəxəssis hazırlığının təhsil strategiyalarını praktik olaraq sadələşdirdi. Bunun səbəbi müştərinin özünün dəyişiklik mənbəyi olması, onun dəyişikliklərə ehtiyacının anlaması, sosial hədəflər, məsələlər kontekstində fərdi strategiyaları və planları reallaşdırmaq istəməsi və yaxud istəməməsidir.

c) Sosial işçinin funksiyaları, onun rol və fəaliyyət sahələri məhdudlaşdı. Səbəbi isə vasitəçilik fəaliyyətinin onun aparıcı funksiya olmasındadır.

d) Xidmət standartları və mütəxəssis hazırlığı standartları uyğunlaşdırılmır.

Bu da ona gətirib çıxarır ki, həm ünvanlılıq prinsipi, həm də müştərilərin o qrupları ki, siyasi mövqedən və populist siyasətindən asılı olaraq sosial xidmətin regional strategiyalarında genişlənə bilərlər, kifayət qədər geniş izah edilməyə başlayırlar.

Sosial xidmət təcrübəsində ünvanlı yanaşma ehtiyac duyan müştərilərin təyin edilməsi paradiqmasını genişləndirir ki, sosial xidmət müəssisələrinin sayının artmasına gətirib çıxarır, bunlar isə elmi, hüquqi, həm də maliyyə əsaslanmasına malik deyillər.

Xidmətlər bazarının yoxluğunda federal və yerli büdcələr hesabına sosial xidmətin dövlət idarələrinin artması maliyyə axınlarını gərginliyinə gətirir, bu da bazar institutlarını yenidən strukturlaşdırılmasına əngəl olur.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   294




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin