Sosial xidmət bu prinsiplərə əsaslanır:
- milliyyətdən, cinsindən və yaşından asılı olmayaraq vətəndaşların bərabər imkanları prinsipi;
- mümkünlük;
- könüllülük;
- şəxsi imkanlara əsaslanaraq sosial adaptasiyaya yardım;
- ünvanlılıq, təhlükəli və ya köməksiz vəziyyədə olan vətəndaşlara yardımın prioritetli olması;
- humanizm, xeyirxahlıq, işdə məxfiliyə riayət etmə;
- profilaktik yönümlülük;
- qanunilik və beynəlxalq standartların nəzərə alınması. Sosial xidmət qanunilik, humanizm, ədalət və demokratizm əsasında formalaşdırılır. Bu halda ümumi prinsiplər sosial xidmətin bütün sistemi üçün vahiddir, hər yerdə vahid yanaşma bütövlülüyü və ardıcığı təmin edilir.
Sosial xidmətin təşkilatında və mürəkkəb həyat vəziyyətlərində sosial xidmətlərin və köməyin alınmasına vətəndaşların hüquqlarının zəmanət verilməsində dövlət başlanğıcı prioriteti prinsipi: bu prinsipə görə, dövlət şəxsiyyətin müstəqilliyini, şərəfi və azadlıq hüquqlarını təmin edir, onu müxtəlif növ qəsd etmələrdən müdafiə edir. O, sosial xidmət sistemini lazımlı materiallarla təmin edir, maliyyə, kadr vasitələrlə, müəssisələr, idarəetmə orqanları və sosial xidmət işçilərinin vəzifələrini müəyyən edir.
İctimai iştiraka dəstək prinsipinə görə, ictimai ünsür sosial xidmət və idarə etmə işində zəruri əlaqədir. Bu halda nə vaxt ki, sosial xidmət fəaliyyəti sosial peşəkar hazırlığı tələb edir, ictimai iştirak bu fəaliyyətin əsas subyektlərinə kömək edir.
Ərazi prinsipi əsasən, sosial xidmət əhaliyə maksimal yaxınlaşdırılmışdır və buna görə maksimal dərəcədə bilavasitə istifadə üçün əlçatandır. Bu prinsip sosial xidmət məsələlərinin kompleks həlli üçün vahid hədəflər əsasında fəaliyyət müxtəlifliyi saxlamaq şərtilə idarə maraqları və imkanlarının inteqrasiyası məsələlərini yerinə yetirməyə imkan verir.
Məlumatlandırılma prinsipinə əsasən, müəssisələr və sosial xidmətin idarəetmə orqanları məlumatı yıqmaq, onların funksiyaları və müştərilərə yardım üçün lazım olan məlumatların dövlət və ictimai orqanlardan əsaslandırılmış sorğu üzrə almaq hüququna malikdir.
Müvafiq ərazidə əhalinin sosial xidmət məsələlərinin idarə olunması funksiyalarını əhalinin sosial müdafiəsi orqanları həyata keçirir. Onlar öz fəaliyyətini səhiyyə, təhsil, mədəniyyət, bədən tərbiyə və idman orqanları, hüquq-mühafizə orqanları, gənclər və məşğulluq işləri üzrə dövlət xidmətləri və başqa idarəetmə orqanları, həmçinin dini, xeyriyyə təşkilatları və fondlar, ictimaiyyət ilə qarşılıqlı fəaliyyətdə qurur.
Dostları ilə paylaş: |