1.Səhiyyə sistemində sosial işin spesifik xüsusiyyətləri
Sosial işçi tibb müəssisələrinin fəaliyyətində öz professional bilik və bacarıqlarını tətbiq edir. Eyni zamanda, tibb müəssisələrində işləyən sosial işçi özünü həmin müəssisənin məqsəd və vəzifələrinə görə uyğunlaşdırır. Sosial işçi xəstəxanada müalicə alan xəstənin arzu və istəklərini anlamaq üçün əvvəlcə xəstəliyin mahiyyətini, onun sosial-psixoloji və fizioloji faktorlarını, xəstənin maraqlarına uyğunluq səviyyəsini öyrənməlidir.
Etioloji faktorlar həmişə sadə və göründüyü şəkildə olmur və sosial işçi bilməlidir ki, xəstəliyə uyğunlaşma yalnız xəstəyə (pasientə) aid məsələ deyil. Fiziki və psixoloji durumlar arasında əlaqənin mövcudluğunu nəzərə alaraq, səhiyyə sahəsində işləyən ixtisaslı sosial işçi ailə, etnik və mədəni ənənələri, eləcə də pasientin sosial iqtisadi vəziyyətini nəzərə almalıdır.
Dostları ilə paylaş: |