3.Ailələrin planlaşdırılması və ana-uşaq hüquqlarının qorunmasında sosial iş
Ailə planlaşdırılması, dünyaya gələcək uşaqların sayı ailə daxilində ər-arvad arasında (fərdi formada) qarşılıqlı razılaşma əsasında müəyyənləşir. Bütövlükdə uşaq ölümlərinin sayının azalması, valideynlərin qocaldıqda övladları tərəfindən təmin olunmasının dövlət təminatı ilə əvəzlənməsi (pensiya formasında) , qocalar və əlillər evlərinin yaradılması tibbin və iqtisadiyyatın nailiyyətlərindəndir. Uşaqların davamlı təhsil almaları üçün dövlət xərclərinin artırılması, uşaq əməyinin istismarının qadağan edilməsi nəzərə çarpacaq dərəcədə artmışdır. Bu faktorlar bir çox xarici ölkələrdə doğum səviyyəsinə, təkuşaqlı ailələrə demoqrafik yanaşma məsələlərinə böyük təsir göstərir. Demoqrafik inkişaf tendesiyası, həmçinin həyatın davamlılığı onu göstərir ki, cəmiyyətdə əsas yeri qocalar və ahıllar, qismən az yeri isə uşaqlar və yeniyetmələr tutur. Bu da sosial və pensiya sisteminin gərginliyini artırır,əhalinin sayca az olan işqabiliyyətli hissəsi sayı artmaqda davam edən təqaüdçülərin yaşam və ehtiyaclarını təmin etmələridir və bu şərait əhalinin proqressiv ixtisarına gətirib çıxarır. Demoqraflar mövcud şəraitlə əlaqədar narahatlıqlarını bildirirlər. Onlar deyirlər ki, ölkəmizdə əhali arasında bugünkü doğum səviyyəsi 50 il ərzində ən azı iki dəfə, 1000 il ərzində isə milyon dəfə azala bilər, yəni əhali praktiki cəhətdən yox ola bilər. Təbii olaraq, belə bir sual ortaya çıxır: doğum səviyyəsinin yüksəlməsunə necə təsir etmək olar? Ölkəmizin tarixində doğumun artmasına təsirin bir neçə nümunəsini misal göstərək:
1920-ci ildə abortun ləğv edilməsi; kontraseptivliyin öyrənilməsi və pozitiv təbliğatı;
1936-cı ildə aborta aid qadağanın davam etdirilməsi, ailə planlaşdırılması məsələləri ilə bağlı elmi-kütləvi yazıların nəşri, kontrsepsiya təbliğatının ləğvi;
1955-ci ildə (20-ci illərdə alimlər tərəfindən qəbul edilməyən ) dövlət siyasətinin ailələrin planlaşdırılması il bağlı problemlərə yardım deyil, əsasən insanların həyat şəraitlərinin yaxşılaşdırılmasına, yəni əhalinin reproduktiv fəaliyyətinə maneələrin aradan qaldırılmasına diqqət verməsi konsepsiyası önə sürüldü. Bu da öz növbəsində abortlarin azalması ilə nəticələndi.70-ci illərdə özündə psixoloji, demoqrafik sosial mövqeləri birləşdirən yeni konsepsiyada uşağa olan ehtiyac məsələsində tarixi dəyişiklik baş verdi. Konsepsiyanın əsas mahiyyəti özündə keçmişin və möcud şəraitin ayrılıqda analiz edilməsindədir. Fərdin uşağa olan ehtiyacı onun həyat şəraiti ilə əlaqələndirilir.Burada cəmiyyət doğuma birbaşa deyil, dolayısı ilə, o cümlədən ailəyə yaxın adamların təsiri və reproduktiv normalar əsasında təsir göstərir.
O vaxta qədər ailə planlaşdırılmasının öyrənilməsi tibbə aid idi, sosial qaydalara əhəmiyyət verilmirdi, buna səbəb də Rusiyada ailə planlaşdırılması işində sosial strukturların zəif inkişaf etməsi idi. Lakin bir çox ölkələrdə etiraf edirlər ki, ailələrə yardım sahəsində sosial işçilərin rolu böyükdür, belə ki, onların tibb müəssisələrində, məktəblərdə insanların həyatlarına təsirləri, ailə planlaşdırmasının strukturu, doğumun planlaşdırılması ilə bağlı yanaşmaları müsbət nəticələr vermişdir. Sosial işçilər fərqli dairələrdə fəal iştirak edirlər; ailə məsələləri ilə əlaqədar, yeniyetmələrə arzuolunmaz hamiləliklə bağlı tövsiyələr vermə, hamilik və övladlığa götürmə, qadınlara tibbi və hüquqi məsləhətlər vermə, abortdan sonrakı dövrdə genetik izahatlar aparma və s.
Onlar məlumatları dəqiqləşdirir və insanları ailə planlaşdırma mərkəzlərinə istiqamətləndirir, ailələrin və fərdlərin problemləri ilə bağlı geniş müzakirələr keçirirlər. Hazırda ailə planlaşdırılması ilə məşğul olan bir çoz xarici ölkə klinikaları bu işə geniş kütlələri cəlb edir, bu proqramın tətbiqi üçün sosial işçilərdən də istifadə edir, ailələrə və fərdlərə müxtəlif səviyyəli sosial yardımlar göstərirlər. Rusiyada tibb müəssisələri arasında, sosial işçilərlə tibb müəssisələri, qadın məsləhətxanaları arasında sıx əlaqədə yaradılmalıdır. Bu da dövlətin ailə siyasətinin reallaşmasına dəstəyi kimi qiymətləndirilir.
Yeniyetmələrlə işləyən sosial işçilərin fəaliyyətlərinin ayrılmaz hissələrindən biri də ailə planlaşdırılması ilə əlaqədar tibbi-sosial məsələlərin verilməsidir, belə ki, azyaşlıların hamiləliyi sosial-tibbi və psixoloji problemlərin yaranmasına səbəb ola bilər. Bununla əlaqədar olaraq, məktəb psixoloji xidmətinin inkişafı, sosial işçilərin psixoloji ixtisasartırma səviyyələrinin yüksəldilməsi, bunabənzər şəraitlərdə profilaktik işlər aparılması, yeniyetmələrin maarifləndirilməsi işləri gücləndirilməlidir. Bu məqsədlə Ailə və Sosial Problemlər Mərkəzi “kiçik ana” adlı xüsusi proqram tərtib etmişdir. Bu proqramda məsələnin özəyinin analizi, problemlərin formulu, materialın toplanması və analizi ilə bağlı hipotezlərin tətbiqi, elmi texmnologiyaların hazırlanması, gənclərdən ibarət risk qruplarının müəyyənləşdirilməsi,”Bu gün gənc tənha analara dəstək” kampaniyası üzrə ilkin sosial xidmətin yaradılması və s. öz əksini tapan tədqiqatlar aparılır. Bu tendensiya Rusiyadakı küçəkərdə, gənclər klubu və barlarda aparılmasının inkişaf etdirilməsini labüd edir.
Dostları ilə paylaş: |