Ödəmə. Cinayətkar zərərçəkmişə qarşı vurduğu istər fiziki, istər maddi zərərə görə haqq ödəməlidir.
Ümumi qorxutma. Cinayətkarın cəzalandırılması digərcinayətlərin törədilməməsi üçün nümunə rolunu oynayır.
Fərdin qorxudulması. Burada əsas diqqət konkret bir cinayətkara qarşı tətbiq olunan cəzanın effektivliyinə yönəlir və ümid edilir ki, cinayətkar bu cəzadan ibrət alacaq və hər hansı başqa cinayətə addım atmayacaq.
Yenidən tərbiyə. Bu konsepsiyanın tərəfdarları hesab edirlər ki, ayrı-ayrı fərdin davranışını pozitiv dəyişmə, ona təlim vermə (istəməsə belə) müəyyən proqramlara məcburi cəlbetmə ilə onu yenidən cəmiyyətə qaytarmaq mümkündür.