Sosial profilaktika müəssisələri, uşaq və yeniyetmələrin reabilitasiyası
Rusiya Federasiyasının 6 sentyabr 1993-cü il tarixli 1338№li “Azyaşlıların qanunpozma hallarının və diqqətdən kənarda qalmalarının profilaktikası və onların hüquqları” adlı Qərarı yeniyetmələr arasında dezadaptasiya prosesinin inkişafında profilaktik işlər üzrə dövlət qurumlarının işlərinin aktivləşdirilməsində geniş imkanlar yaratmışdır. Ailə əlaqələrini itirmiş, internat müəssisələrində yaşamaq istəməyən, köməksiz və vasitəsiz qalan,daimi yaşayış yeri olmayan uşaqlara yardım üçün ixtisaslaşdırılmış sosial müəssisələr yaradılmışdır. Bu müəssisələrə sosial və yeniyetmə sığınacaqları, uşaqlara yardım mərkəzləri, valideyn himayəsindən məhrum olmuşlar və azyaşlılar mərkəzləri daxildir. 1996-cı ildə Rusiyada bu tipli 450 ixtisaslaşdırılmış müəssisə yaradılmışdır. RF hökuməti tərəfindən “1997-1998-ci illərdə yeniyetmələrin bu məqsədlə diqqətdən yayınma vəqanun pozuntularının profilaktikası” başlığı altında məqsədyönlü proqramlar hazırlanmış və həyata keçirilmişdir. Moskvada Rusiya Xeyriyyə Fondu “Alkoqolizm və narkomaniyaya yox” devizi altında “Azyaşlı risk qrupunun reabilitasiya məkanı konsepsiyası” çərçivəsində “Küçə uşaqları” proqramı qəbul edilmişdir.
Bununla əlaqədar olaraq, uşaq hüquqlarını qorumağı nəzərdə tutmaqla təhsil sistemində sosial işin inkişaf dinamikasına böyük diqqət yetirilir.
Rusiyanın bir çox regionlarında yardıma ehtiyacı olan uşaqların müəyyənləşdirilməsi sistemi kimi, onlara bilavasitə yardım formaları da həyata keçirilir. Hər şeydən əvvəl bu, onunla əlaqədardır ki, ölkədə sosial-maddi vəziyyətin kəskin şəkildə dəyişməsi dövlət uşaq müəssisələri, uşaq evləri və internatlara ehtiyacı olan uşaqların sayınin artması ilə nəticələndi.
Dostları ilə paylaş: |