Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə



Yüklə 0,73 Mb.
səhifə165/294
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108047
növüDərs
1   ...   161   162   163   164   165   166   167   168   ...   294
Sosial rollar və sosial vəziyyət

Insan həyatının hər bir mərhələsində fərdi rollar dəyişir. İnsan təkcə "fizioloji və psixoloji mühitin məhsulu" deyil, həm də onların "indiki və gələcək" nümayəndəsidir. İnsan istənil yaşda ümid və mübarizəsini itirə bilər, o zaman o klient mövqeyinə düşür. X. Perlmana görə, bu itki aşağıdakı səbəblərdən meydana gəlir:

• Öz yaşam ehtiyacının qounması məqsədilə mübarizə və yaşamaq üçün zəruri olan həyati enerjisinin catışmazlığı


  • Sosial yardımın vaxtında göstərilməməsi;

  • ümidin itirilməsi və infantalizmə görə xoşagəlməz vəziyyət dəyişməyə dogru heç bir tendesiyaya malik deyildir.

X.Perlman hesab edir ki, insan daima inkişaf etmə prosesinin içərisindədir və bu fərdin əsas sosial rollarının formalaşmasına təsir göstərən əsas amildir. Fərdi rollar adətən çoxfunksiyalı olur, çünki həyat prosesində insan əlaqələri inkişaf edir.Bununla yanaşı, fərdi rollar bu əlaqələr arasında əsas rol oynayır, sosial əlamət kimi fəaliyyət göstərir və bu rolları əhəmiyyətli gözləntilər səviyyəsində müəyyən etməyə və qiymətləndirməyə imkan verir.Məsələn, cəmiyyətdə insanın hansı xüsusiyyətlərə malik olması barədə bir fikir var - bir ər və ata kimi kişi, bir ana və həyat yoldaşı kimi qadın, bir oğlan və tələbə kimi gənc və s. Gözlənilən normalardan kənara çıxma halları insanın qarşılıqlı əlaqələri ona gətirib çıxarır ki, fərd kömək üçün agentlikliyə müraciət etməyə məcbur olur. X.Perlmana referans qrup tərəfindən təyin olunmuş bir klientə nəzər yetirsək referans qrupun həmin klientin xüsusi kefiyyətinin formalaşmasında rolunu görmək olar.

Sosial rol- insan davranışının stereotipik modeli olub, fərdi, ictimai və ya şəxsi münasibətlər sistemində obyektiv olaraq təyin edilmiş sosial mövqeyidir.

Referans qrup – real və ya şərti sosial birlik olub, qrup üzvləri arasında az və ya çoxölçüdə paylaşılan məqsədlər, fikirlər və dəyərlərə malikdir.

P R O B L E M .

Daxili və xarici problemlər təkcə klientin sosial həyatının "hərəkətverici qüvvəsi" deyil, həm də qeyri-münasib şəraitdə fərdin şəxsi rolunun qiymətləndirilməsi və sosial inkişafdır. Problemin anlaşılması və bu barədə məlumatlandırma, bunun həll edilməsində klientin rolu ilə bağlı fərdiləşdirilməni artırır.

Problemin həll edilib-edilməməsi dilemması şəxsi daima seçim qarşısında qoyur. Bu baxımdan klent problemi həll edə bilmirsə, demək onun qarşısına çıxan problemi həlletmək müəyyən resurslara malik deyildir.Belə olduğu halda, klient sosial işçiyə müraciət edir ki, özü müstəqil olaraq sosial problemlərinin həll etmək iqtidarında deyldir.



Sosial qarşılıqlı münasibət- elə prosesdir ki, burada fərdlər, sosial qrup və birliklər ortaq maraqların həyata keçməsi ifadə olunur.

Sosial iş təcrübəsində problemin həllı metodu vəziyyətiylə bağlı problemin yaranmasına gətirib çıxaran 6 əsas fakt vardır:



  1. Problem yaranir o zaman ki, maddi imkanları olmadığına görə kliyentin öz probmlemlərini həll edə bilmir.

  2. Problemlərin həlli ilə baglı bu və digər informasiya çatişmazlığıla görə problemin həlli mümkünsüzdür; problem üzrə məlumatın qıtlığı onun fərdi olaraq həlli strateğiasını məhdudlaşdırır və social işçinin müdaxiləsi tələb olunur.

  3. Problem kliyent tərəfindən dərk olunandır, lakin onun fərdi resursları, emosional və fiziki enerjisi bitmişdir. Onun mübarizəsi yalnız onun resurlarinin tükəndirir və yeni çətin həyat vəziyyətin göstərir. Belə olan halda social işçi ilkin olaraq kliyenə fiziki və psixoloji dəstək olaraq onun müqavimətini tarazlamağa daha sonra isə problemin həll olunmasına kömək edir.

  4. Bəzi problemlər güclü emosional gərginliyə malikdir ki, bu da vəziyyətin rasional idarə olunmasını məhdudlaşdırır. Bu elə vəziyyətdir ki, hansı ki, yaxın adamın ölümü, işinin itirilməsi, xəstəlik və.s kimi hallarla əlaqəlidir. “Ölçüyə gəlməz reaksiya” adlanan problem isə insan resursunu iflic edir. Belə olan halda sosial işçı klienti emosional təsirdən azad olmaga, vəziyyəti analiz etməyə, strategiyanı müəyyənləşdirməyə və adaptasiya olunmaga kömək olur.

  5. Problem insanın daxilindədir (özündədir). Hiss və emosiyaları uzun müddətdir ki, onun hərəkət və davranışlarına hakim kəsilib. Kliyentin hərəkət və davranışlarında hansısa bir subyektiv qərar vermə baş verir, lakin hansısa mübahisə zamanı ziddiyyətlər formalaşır ki, bu zaman vəziyyət kliyentin şüurlu refleksiya zonasından kənarda baş verir.Sosial işçi kliente onun əsas emosianal problemlərinin həll olunmasına, daha çox effektiv impulslarinin idarə edilməsinə, onu əhatə edən insanlara qarşı tipik davranış formasını müəyyən olunmasına kömək etməyə borcludur.

  6. Bəzi insanlar çətin həll olunan problemlərin içərisindədir ona görə ki, onlar vəziyyətin uzərində düşünmək və planlaşdırmaq bacarığına malik deyillər. Həyat ona əlaqəsiz epizodlar seriyası kimi görünür. Onun həyata münasibətı , baxışı taleyin müəyyən etdiyi xeyrli və ya ədalətsiz konsepsiyasına baglıdır.Bu zaman social işçı, kliyentlə problemin həllini mərhələli şəkildə oyrənərək onun həyat faktları əsasında həyatı məsələlərini həyata keçirir.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   294




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin