Seksizmin sosial bioloji göstəriciləri.
Cinsi münasibətin sosial-bioloji göstəriciləri insan inkişafında obyektiv amillərlə əlaqələndirilir. Hormonlar, beyin fəaliyyətinin fərqliliyi, davranış dominantlığı və cinsiyyətlə əlaqəli müəyyən dərəcədə fərdi və qrup stereotipləri buna təsir edir. Cinsin bioloji fərqlənməsi psixosomatik reaksiyalar, azalmalar, ontogeniyada pozulmuş davranış stereotipləri ilə bağlı funksiya fərqləriylə də əlaqələndirilir.
Cinsi dimorfizm bioloji bir fenomen olaraq, A. Erhard və H.F.L. Mayer-Balbur konsepsiyasına görə kompleks bir fenomendir, o avtonom–müstəqil ölçülərə malikdir:
1. Cinsi kimlik (süura və özünü təsnif etməyə (katoqoriyaşadırmaya) malikdir);
2. Polidimorfik, cinsiyyətçi davranış;
3.Qavrayış, elmi proseslərdə, öyrənmə qabiliyyətində, xüsusi intellektual qabiliyyətlərdə və s.-də cinsi fərqlər;
4. Cinsi oriyentasiya.
Cinsi kimlik (özünüdərk)-şəxs özünü şüurlu şəkildə tanıyır, şüurun digər xüsusiyyətləri də bununla əlaqədar olaraq, bir-birinə bağlıdır.
Dostları ilə paylaş: |