Marksist feminizm qadınların tabe edilmiş vəziyyətini hər şeydən əvvəl istehsalın kapitalist üsulunda görür. Qadınların istismarı qadınların və kapitalizmin arasında münasibət kimi çıxış edir. Burada kapitalist istehsal münasibətləri "qadınların istehsalçı gücünə" qarşı durur, onların maddi sərvətlərin bölgüsünə və yenidən paylaşdırılmasına əlçatarlığını məhdudlaşdırır ki, bu da praktiki olaraq onların azadlığının məhdudlaşdırılmasına gətirib çıxarır.
Sosializm feminizmi patriarxal cəmiyyətin saxlanılmasının tarixi səbəblərini tədqiq edir. Qeyd edilir ki, qadınların cəmiyyətdə, istehsalatda və ailədə tabe edilməsi üçün əsas rolu oynayan cinsi və sinfi istismardır. Onlar hesab edirlər ki, kapitalizm və patriarxat qadınların tabe edilməsindən mənfəət əldə edir.
Psixoloji-antropolojı yanaşma
Qərb mədəniyyətində qadının problemi müxtəlif yanaşmalar kontekstində nəzərdən keçirilir. Bioloji və mədəni amillərin nisbəti qadınların spesifik problemlərinin üzə çıxarılmasına imkan verir. Ş. Radonun, X. Deyçin, M. Kleynin mədənyyət tədqiqatları, kliniki müşahidələri K. Xorniyə psixoanalizin konsepsiyaları əsasında "kişi ideologiyasından" asılı qadınlıq fenomenini göstərməyə icazə verən ən əhəmiyyətli inteqral xarakteristikalarını ifadə etməyə imkan verdi.
O qadının kişiyə tabe edilməsinə təsir edən amillərin iki qrupunu nəzərdən keçirirdi. Lakin bu zaman psixi, davranış, somatik xüsusiyyətlər əsasında cins rolları və fərdin reaksiyaları haqqında təsəvvürlərin differensiasiyasının tendensiyaları müşahidə olunurdu.
Mədəni mühitdə o, kişi və qadın rollarının differensiasiyasının növbəti ən əhəmiyyətli amillərini ayırırdı:
■ qadınlar bütovlükdə kişilərdən aşağı varlıq hesab olunurlar ;
■ qadın kişidən və ya ailədən iqtisadi asılıdır, çünki bu asılılıq emosional adaptasiyaya imkan yaradır;
■ qadınların fəaliyyəti bütövlüklə emosional əlaqələr vasitəsilə qurulan: ailə, din və xeyriyyəçilik sferaları ilə məhdudlaşdırılır.
Tarixən formalaşan mədəniyyət doktrinalarından başqa, qadınların somatik quruluşu da tabe etmə rolunun qəbuluna imkan yarada bilər. K. Xorni növbəti anatomik - psixoloji ayırır:
■ kişilər qadınlardan orta hesabla daha güclüdür;
■ qadınlar zorakılığa daha çox məruz qalırlar; hər ay baş verən hallar, deflorasiya, doğum kimi qanlı və ağrılı proseslər də həmçinin mazoxist yönümlərin reallaşmasına xidmət edir;
■ cinsi əlaqədə iştirakın bioloji şərtlənmiş asimmetriyası.
Qadın mazoxizminin təbiətini nəzərdən keçirərək K. Xorni antropolojı, anatomik, psixoanalitik yanaşmalar əsasında qadınlığın əhəmiyyətli determinantlarını tapmağa çalışırdı.
Bu yanaşmalardan başqa, mənəvi konsepsiyaları dərk edib, qadınlğı müəyyən edən psixoloji nəzəriyyələr meydana çıxır. Gilliqan "qadın dəyərləri" əsasında mənəvi inkişafın qadın konsepsiyasını təklif etdi: yaxın insanlara qayğı, özünü hər şeydən məhrum etmə. Onun mövqeyinə görə qadının mənəvi inkişafı üç inkişaf səviyyəsindən keçir.
Səviyyə 1 — özünə yönəlmə, özü ilə məşğul olma. Bu səviyyə onunla səciyyələnir ki, qadının ehtiyaclarını təmin edən subyektlər onu maraqlandırırlar. Ancaq tədricən eqoizm özünü hər şeydən məhrum etmə tendensiyaları ilə əvəz etməyə başlayır. Baxmayaraq ki, qadın hələ də şəxsi rifahına fikrini cəmləmişdir, qərarların qəbul olunmasında o başqa insanların maraqlarını nəzərə alır.
Səviyyə 2 — özünü qurban vermə. Bu mərhələdə qadın sosial normaları izləyir. O yalnız başqalarının ehtiyaclarının təmin olunmasından sonra şəxsi arzularını reallaşdırmağa keçir. Daimi ətrafdakıların gözləmələrinin diktə etdiyi "Yaxşı ana" rolu davranışı seçməyə, öz hərəkətləri üçün məsuliyyəti hiss etməyə onu məcbur edir. Bu mərhələdə özünü qurban vermədən şəxsi tələbatlar hesaba alınan özünə hörmətə keçid həyata keçirilir.
Səviyyə 3 — özünə hörmət. Bu səviyyədə qadın anlayır ki, əgər bu onun ailə və sosial bağları olan insanlara zərər vurmayacaqsa yalnız özü öz həyatına aid olan seçimi edə bilər. Bu mərhələdə mənəvi şüur müqavimətsizlik əxlaqına keçir.
Qadın mənəviyyatının inkişafı konsepsiyası Kolberqin təklif etdiyi mənəvi inkişaf konsepsiyasına qarşı durur, onun konsepsiyası məniviyyatdanöncəki, konvensional, postkonvensional mərhələlərdən ibarətdir.
Sosial işdə qadın-müştərinin əsas problemləri ailə münasibətlərində böhranla, ailənin dağılması, alkoqoldan istifadənin artması və psixi sağlamlıqla bağlıdır.
Ailənin dağılması
Ailənin dağılması qadının həyat ssenarisini əhəmiyyətli dərəcədə dəyişdirə bilər. Yalnız müxtəlif psixosomatik pozuntulara yox, həm də qadının sosial statusunun dəyişikliyinə də gətirib çıxara bilər. Rusiya tədqiqatları göstərir ki, ailənin dağılması qadının psixi sağlamlığına təsir edir. Tənhalığın psixoloji problemləri ünsiyyət səviyyəsində, cinsi sferada əks olunur olunur. Qadının vacib komponent kimi özünü identifikasiyası ona cəlbedici obyekt olaraq həmişə ehtiyacın olmasını ehtimal edir. Ancaq ictimai stereotiplər, qadının sosiallaşması onun hərəkətlərinin azadlığını məhdudlaşdıran ictimai nəzarət rolunda çıxış edirlər. Buna görə kişilərlə emosional və cinsi əlaqələrdə uzun müddətli fasilələr qadının psixi sağlamlığında əks olunur, somatik pozuntulara, həmçinin intiharlara meyili formalaşdırır. Ailənin dağılması alkoqolizm, intihar, işə həddən artıq aludəçilik kimi başqa reaksiyaların da yaranmasına gətirib çıxara bilər. Yerli tədqiqatlar qeyd edir ki, ailənin dağılması səfil həyatı sürməyə sürükləyə bilər, hərçənd qadının belə həyat sürməsinin motivləri qadın psixikasının dərin qatlarında yerləşir.
Rus kriminoloqları səfil-qadınların növbəti tiplərini qeyd edirlər:
■küçə həyatı sürən insan kimi saxlanmış, lakin elə olmayan şəxslər. Çünki onlar özünü təmin etmək üçün qanuni imkanlara malikdirlər;
■ şəxsi çətinliklər nəticəsində müvəqqəti olaraq daimi yaşayış yeri olmadan və işsiz qalan, amma onları əldə etməyə çalışan qadınlar;
■ tərbiyə və yaşadığı həyatın xüsusiyyətlərinə görə anti-sosial, evsiz, parazit mövcudluğa yönələn qadınlar. Sosial patologiyanın bu növü daha çox qadınlara aiddir, nəinki kişilərə. Çünki orada nisbət 6:1-dir.
Qadın səfilliyinin xüsusiyyəti həm də ondadır ki, qadınların resosializasiyası daha çətindir, nəinki kişilərin.
Dostları ilə paylaş: |