EQOSENTRİZM (Ego lat — Mən + Centrum — dairə mərkəzi) — şəxsi həyəcanlarına, öz hədəflərinin və maraqlarının reallaşmasına istiqamətlənmə ilə xarakterizə edilən şəxsin və ya qrupun mənəvi-psixoloji vəziyyətidir. AHIL YAŞ PSİXOZLARI ahıl yaşın funksional psixozlu adlandırılan ahıl yaş əqli geriliyi də daxil olan psixi xəstəliklər qrupudur. Ahıllıq əqli geriliyi — baş beyinin atrofik dəyişiklikləriylə şərtlənən psixi fəaliyyətin davam edən pozulmasıdır. Xəstəlik bir qayda olaraq, 70-80 yaşda şəxsiyyət (kobudlaşma,quru-soyuq münasibət, maraqların, bağlılığın itməsi ) dəyişiklikləri ilə başlayır, daha sonra yaddaş pozuntuları üstünlük təşkil edir.