4. İnsanın individuallığının amili kimi sağlamlıq
Sağlamlıq amili insanların cəmiyyətdə qrup fərqlərinə differensiasiya gətirən sosiobioloji göstəricidir. Sağlamlıq-xəstəlik—ictimai əlaqələr və istehsal münasibətləri sistemində insanın fəaliyyəti həyata keçirilən spesifik koordinatlar sistemidir. O subyektin rol davranışına müəyyən iz qoyur, bu və ya digər dərəcədə onun həyat fəaliyyətinin hüdudlarını və imkanlarını müəyyən edir. Sosial işdə insanın sağlamlığı və psixi sağlamlığı ahəngdar inkişaf və ləyaqətli mövcudluq, qanuni bərabərlik hüquqlarının həyata keçirilməsinin imkanları ilə bağlı problemlər kontekstində nəzərdən keçirmək qəbul edilmişdir.
Dostları ilə paylaş: |