Sağlamlıq və xəstəlik
Məişətdə xəstəliyin və sağlamlığın nə olması ilə bağlı təsəvvürlər sual doğurmamasına baxmayaraq elmi nöqteyi nəzərdən bu problem sonuna kimi aydınlaşdırılmamışdır. Ətraflı nəzərdən keçirərkən məlum olur ki, sağlamlığa aid olan yanaşmaların növləri, onları qavrama üsulları və onların izahı həm fərdi, həm də ictimai fəaliyyət üçün böyük əhəmiyyətə malikdir.
Alimlər sağlamlıq və xəstəlik fenomenlərini izah etmək üçün cəhdlər edirlər. Bu halda tənqidlərin əsas istiqməti və obyekti olaraq biotibbin təbii-elmi mövqeyi çıxış edir. Bundan əlavə sağlamlıq anlayışlarının təyini problemlərinə stress tədqiqatları, ekoloji, mədəni-antropoloji yanaşmalar maraq doğurur.
Xəstəlik anlayışının (sağlamlığın əksi kimi) təfsirinə yanaşmalar onunla izah olunur ki, elmi əsaslı ictimai təcrübənin ilkin şərti problemin həllinin qarşılıqlı əlaqələrinin ardıcıllıqla dərki edilməsidir: hal-hazırda nəzəri tədqiqatlar sağlamlığı yalnız differensiyasiya kimi müəyyən etməyə icazə verir. Yəni bu şərtlə ki, xəstəlik fenomeni müəyyən edilsin. Burada təqdim edilmiş konsepsiyalar bir tərəfdən, nəzəri əsaslandırılmalar və tədqiqat təcrübəsi üçün istiqamətlər kimi dərk edilir. Digər tərəfdən, onlar təbii və ictimai fenomenlər üçün xəstəliyin inkişafı, dərk edilməsi, öhdəsindən gəlməsi haqda yanaşmaların yaranmasına təsir göstərən əhəmiyyətli sistemlər kimi izah edilirlər.
Dostları ilə paylaş: |