Sosial bərabərsizlik və xəstəlik. Bir çox tədqiqatlar yuxarı təbəqə ilə müqayisədə əhalinin ən aşağı təbəqələrindən olan insanda xəstələnmə və ölüm faizlərinin səviyyəsinin yüksək olduğunu göstərir. Həyat vəziyyəti və həyatın şəraiti fərdi həyat imkanlarına, xəstəliyin yaranmasın təhlükəsinə ölüm vaxtı və səbəbi göstəricilərinə böyük təsiri göstərir.
Peşəkar fəaliyyət və xəstəlik.Qismən bu istiqamət "Sosial bərabərsizlik və xəstəlik" mövzusunu konkretləşdirir, çünki peşəkar ehtiyaclar və sorğular "əhali təbəqəsi" kateqoriyasının vacib aspektlərinə aiddir: iş yerində vəziyyət peşəkar və sahə üzrə müəyyən xəstəliklər onların əmələ gəlmə tezliyinin yüksək olması və növlərinin meydana çıxması, həmçinin əlillik və ölümün müəyyən faizi ehtimal edilir. Bununla əlaqədar olaraq peşəkar fəaliyyətin və vəziyyətin obyektiv və subyektiv komponentləri fərqləndirilir, məsələn: işsizlik, peşə statusu, rol münaqişələri, məsuliyyət dərəcəsi, yüksək təzyiq, emosional stress xəstələnməyə meyillilik, psixosomatik xəstəliklər və s.