Sosiopsixofiziki model
Sosial-elmi, psixoloji, psixo-fizioloji və fizioloji tədqiqatların və sağlamlıq, xəstəlik anlayışının ayrı aspektlərinin qarşılıqlı əlaqəsi inteqrativ nəzəriyyənin yaradılması ehtiyacını aktual etdi. Orta inteqrativ səviyyədə verilən şərtlərə və təsirlərə əsaslanaraq empirik təcrübəni formal modelə sistemləşdirmək cəhdləri olur. Kagan Levi, məsələn, sosial və psixi şərtlənmiş orqanik xəstəliklər üçün ümumi amillər və proseslər modelini təqdim edirlər. Epidemioloji yanaşmalarda təqdim edildiyi kimi başlanğıc nöqtə xəstəliklərin sosial amillərlə şərtlənməsidir. Bu psixososial meyil fərdi strukturlaşdırılmış psixobioloji reaksiyalarla birləşir. Bu vəziyyət müəyyən şərtlərdə psixi və fizioloji mexanizmləri aktivləşdirə bilər. Bu halda stressin psixoloji və fizioloji tədqiqinin gedişatında araşdırılanlar nəzərdə tutulurlar. Müəyyən ilkin şərtlər olduğu halda xəstəliklərin yaranmasından öncəki mərhələ və ya fiziki funksional dəyişikliklər başalaya bilər, orqanik xəstəliklər inkişaf edə bilərlər. Psixofizioloji mexanizmlər, xəstəliklərin yaranmasından öncəki mərhələ və bilavasitə xəstəliyin özü psixobioloji reaksiyalar və psixososial şərtlərlə daimi əks əlaqədədir.
Dostları ilə paylaş: |