Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


İctimai mifologiya və homoseksualizm



Yüklə 0,73 Mb.
səhifə219/294
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108047
növüDərs
1   ...   215   216   217   218   219   220   221   222   ...   294
İctimai mifologiya və homoseksualizm

Homoseksualizmin ictimai mifologiyası homofobiya konseptləri və eynicinsli cinsi əlaqələrə nifrət münasibəti ilə əlaqəlidir.



Mif № 1. İnsanlar heteroseksuallara və homoseksuallara bölünürlər. Belə təsnifat kifayət qədər şərtidir, çünki bu iki fenomenin əsasını nəyin təşkil etdiyi barədə obyektiv məlumat yoxdur. A. Kinsey bu haqda yazır: ". dünya qoyunlara və keçilərə bölünməmişdir... yalnız insan ağlı kateqoriyaları ixtira edir və faktları rəflər üzrə "yerləşdirməyə" cəhd edir. Canlı dünya —hər bir təzahüründə kontinuumdur. Nə qədər tez biz bunu cinsiyyət davranışına nəzərən dərk edəcəyik, o qədər tez biz cinsi reallıqda fərqlərin anlanmasına nail olacağıq".

2 mifi. Homoseksualizm dünyanın bütün mədəniyyətlərində ittiham edilir. Bir hal olaraq homoseksualizmə dünyanın bir çox mədəniyyətlərində rast gəlmək olar. Yunanıstanda və Romada bu hadisə ittiham edilmirdi və Roma imperiyası dövründə kişilər və ya qadınlar arasında bağlanmış nikahlar qanuni hesab edilirdilər. Tədqiqatçılar hesab edir ki, Şərqdə Hindistanda, Çində, Babilistanda, Misirdə homoseksual əlaqələr mədəni stereotiplərlə, qadınları ictimai həyatdan təcrid etməklə bağlı idi. Şərq hərəmlərində qadınlar tənha qalırdılar, hökmdar tərəfindən tez-tez unudulurdular və bu da onları homoseksual münasibətlərə təhrik edirdi. Praktik olaraq dünyanın bütün mədəniyyətlərində biz qədim dövrdən indiki dövrə kimi homoseksual münasibətlərin nümunələrini tapa bilərik.

3 mifi. Homoseksuallar "xəstədir" və şəxsi xarakteristikalarına görə onlar heteroseksuallardan fərqlənirlər. Y.Hookerin tədqiqatları sübut edir ki, homoseksualların və heteroseksualların arasında şəxsi və psixoloji xarakteristikalarda fərqlər mövcud deyil, fərqlər yalnız cinsi oriyentasiyalarda var.

4 mifi. Homoseksuallar "aktivlərə" maskulin rolu icra edən və femin rollar icra edən "passivlərə" ayrılırlar. Belə rol bölgüsü mövcud deyil. Homoseksuallar rol münasibətlərin, əlaqələrin bütün növlərindən istifadə edirlər.

5 mifi. QİÇS — homoseksuallığa görə cəzadır. 80-ci illərin ortalarından homoseksuallar risk qruplarını təşkil etmirlər. Qərb ölkələrində bu onunla bağlı idi ki, dövlət böyük diqqəti əhalinin QİÇS-in yayılması və müdafiə vasitələri haqqında məlumatlandırılmasına ayırdı. Bu qrup arasında QİÇS-ə yoluxma tezliyi heteroseksuallarda olandan yuxarı deyil. O Afrika qitəsinin heteroseksual kişi əhalisinin göstəricisindən əhəmiyyətli dərəcədə azdır.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   294




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin