Fərdi işin böhran istiqamətli qısamüddətli metodu
Bu metod psixoterapiya, praktiki psixologiya və sosial işdə rasional diskussiya elementlərindən ibarət qarışıq yanaşmadır. Bu metoddan narahatçılıq, xəcalət, günah, düşmənçilik və d. bu kimi böhranlı vəziyyətlərdə istifadə edilir. Sosial işçi müştərinin psixoloji və sosial gərginliyini azaldaraq ona müvafiq qərarlar qəbul etməkdə kömək edir, yaranmış situasiyada onun üçün adekvat rollar seçir.
Fərdi işin rasional metodu
Bu metod Q.Verner və M.Kindi tərəfindən fərdi işin psixo-analitik metoduna alternativ kimi təklif edilmişdir. Metodun əsasını koqnitiv nəzəriyyə və dəyişilmə fəaliyyəti intensivliyinin iradədən asılı olması ehtimalı təşkil edir. “Burada və indi” prinsipindən istifadə edildiyində müştərinin vəziyyətinin qiymətləndirilməsi onun real zaman ölçüsündəki düşüncə, duyğu və davranışlarına əsaslanır. Metodun məqsədi müştərinin dəyişilməsindədir ki, bu da emosiyaların, anlayışın və davranışın məcmusu kimi başa düşülən şüur dəyişilməsidir. Qarşılıqlı fəaliyyət problemin həll edilməsinə yönəldilir, müştəriyə təhlil modelləri və real situasiyada davranışın modifikasiya edilməsi üsulları təklif edilir. Bu metoddan müştəri öz problemli vəziyyətini daha dəqiq anlamaq məqsədilə kömək axtardığı hallarda istifadə edilir.
Dostları ilə paylaş: |