Reallıqla müalicə
Fərdi işin bu metodu V.Qlasser tərəfindən təklif edilmişdir. Bu metodun əsasında belə bir tezis durur: insanların sevimli olmağa və özlərinin dəyərli olduqlarını hiss etməyə ehtiyacları vardır, bunun üçünsə davranış standartları vacibdir. Metodun məqsədi insanların şəxsi davranışlarına görə məsuliyyət daşıdıqlarını başa düşmələrində və bu cavabdehliyi qəbul etmələrində onlara kömək etməkdir. Qarşılıqlı fəaliyyət strategiyası müştərinin davranışlarının identifikasiyasına, ona başqa insanların maraqlarını zədələməyən, konfrontasiyasız və aqressiyasız, məhsuldar ünsiyyət qurmağı öyrətməyə yönəlib.
Sosial işdə bu yanaşmaların sosial iş təcrübəsindəki şərti adı sosial müalicədir. Bununla yanaşı, sosial iş təcrübəsində aqressiv davranış, seksual pozuntu hallarında, narkotik asılılığı olan qrupların problemlərində və s.-də fərdi işin xüsusi metodlarından istifadə edilir. Fərdi işin belə növlərinə oyun terapiyası, seksual terapiya, psixodram, “nifrət” texnikası və d. aiddir
Dostları ilə paylaş: |