Sosial qruplar
Bərpa qrupları
Bu qruplar mikrososiumda (kommyunite) müştərilərin yaşayış yerlərində təşkil edilir. Kommyunite ümumi dəyərləri olan, vahid konfessional baxışlara sahib olan və bərabər sosial və iqtisadi şəraiti olan eyni ərazidə birlikdə yaşayan fərdlərin birliyidir.
Burada əsas məqsəd asudə vaxtın birgə və səmərəli istifadə edilməsidir. Qrup dinamikasının əsasında qrupun anında fəallıq göstərməsi, müxtəlif növ otaq oyunlarına və məlumat xarakterli mövzuların (iqtisadiyyat, siyasət, mədəniyyət haqqında və s.) müzakirəsinə qrup üzvlərinin könüllü qoşulması dayanır.
Bacarıqların bərpası qrupları
Belə qrupların əsas məqsədi itirilmiş bacarıqları bərpa etməkdə və onları yenidən qazanmaqda müştəriyə kömək etməkdir. Bu qruplar basketbol, tennis və s. idman oyunlarından tutmuş tətbiqi estetik istiqamətli məşğuliyyətlərə kimi (dulusçuluq, keremika və s.) kifayət qədər müxtəlif spektirli fəaliyyət formalarını əhatə edir.
Təhsil qrupları
Təhsil qruplarında sosial iş müştərilərin bu və ya digər problemə olan maraqlarının qarşılıqlı şəkildə istiqamətləndirilməsi əsasında qurulur. Bir qayda olaraq, bu problemlər ayrı-ayrı fərdlərin və ya onların ailələrinin real ehtiyacları ətrafında cəmləşir. İş müştərilərin sosial sorğusu əsasında qurulur. Ailə büdcəsinin düzgün təşkil edilməsi, uşaqların tərbiyəsi və ya daxili və xarici siyasət məsələləri belə sorğulardan ola bilər.
Dostları ilə paylaş: |