Qrup adlerian konsultasiyası
Bu, tədris və inkişaf prosesində uşaqlarının üzləşdiyi çətinliklərlə bağlı problemləri olan ailələrlə aparılan qrup məsləhətləşməsidir. Metodun əsasını Adlerin ailə konsultaiyası təşkil edir. Onun təsəvvürünə görə insanın hər bir hərəkətinin məqsədi var. Mühüm olan sosial münasibətlərdə özünütəyinetmədir. Bu səbəbdən qrup prosesinin prinsipial mərhələləri inkişaf edən münasibətlər, situasiyanın şərhi və yenidən tərbiyədən ibarətdir.
Qrup konsultasiyasının bu metodunun özünəməxsusluğu münasibətlərin kütləvi və açıq tənzimlənməsindədir. Praktiki olaraq bütün qrup sessiyaları uşaqlar, uşaq və valideynlər, həmçinin tədris prosesində uşaqlarla qarşılıqlı fəaliyyətdə olan digər abonent qrupları arasında olan münasibətləri tənzimləməyi öyrətməyə həsr edilir.
Uşaq qruplarında davranış tənzimlənməsində direktiv metodlardan istifadə edilir. Bununla yanaşı yeni münasibətlərin və dəyər oriyentasiyasının formalaşdırılması üçün qrupun hüdudlar çərçivəsində münaqişə metodundan da istifadə edilir. Qrup qarşılıqlı fəaliyyətində uşaq qarşıya qoyulan məqsədlərə çatmağı öyrənir, onun normativ sosial oriyentasiya formalaşır.
Dostları ilə paylaş: |