Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


Sosial iş və seksual azlıqlar problemləri



Yüklə 0,73 Mb.
səhifə287/294
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108047
növüDərs
1   ...   283   284   285   286   287   288   289   290   ...   294
Sosial iş və seksual azlıqlar problemləri

Seksual azlıqların rastlaşdığı problemlər cəmiyyətin təzyiqi, homofobiya, həyati streslərinin xüsusiyyətləri, ailə cütlüklərinin böhranları və psixoseksual pozuntular ilə bağlıdır.Həyati stresləri paradiqması kifayət qədər genişdir, lakin o bu qrup üçün tipik tendensiyalara malik deyil. Ancaq öz seksual oriyentasiyasının dərk edilməsi dostlarla və valideynlərlə,ictimai qruplarla münasibətlər kimi böhranlar bu qrup üçün xarakterikdir. Amerika psixiatrı və seksoloqu B. Morz qadın homoseksuallığının problemlərini tədqiq edərək "iş"-i stresogen amil kimi ayırır. Müstəqillik, iqtisadi azadlıq, peşədə təkmilləşmək, xidməti nərdivan üzrə irəliləmək arzusu qadını bir sıra münasibətlərdən imtina etməyə məcbur edir.

Öz pasiyentinin nümunəsində Morz göstərir ki, həyatın müəyyən mərhələsində belə qadında emosional yaxınlığa sonra nikaha və ailəyə aparan heteroseksual əlaqələr, peşəkar fəaliyyəti və özünü təsdiqləməni davam etməklə bağlı spesifik qorxulara səbəb olur. Amma bu homoseksual əlaqələrə gətirir və sosial-rol identifikasiyası, seksual partnyorlarla münasibətlər, böhran gözləmələri ilə bağlı spesifik problemlərə səbəb olur.

Homoseksual cütlüklərin problemi heç də mürəkkəblik cəhətdən az deyil. Belə cütlüklərin identifikasiyasını heteroseksual ailələrin analogiyası üzrə etmək mümkün deyil. Buna görə birgə yaşamanın böhranları və iqtisadi, psixoloji, ünsiyyət problemləri spesifik problemli sahəni müəyyən edirlər. Böhran vəziyyətləri adətən analoqlara malik deyillər və partnyorların özlərində nümunə və onların həlli təcrübəsi yoxdur. Bu da yaranmış vəziyyətdən çıxışı çətinləşdirir. Buna görə belə böhran dövründə müştərilərə yardım sosial iş təcrübəsinin mühüm hissəsidir.

Psixoseksual problemlər yalnız müxtəlif parafiliyalarla (məsələn,transseksuaizm-qarşı cins olmaq arzusu) yox, həm də seksual spesifik pozuntularla bağlıdır.

PARAFİLİYA- qeyri-adi və ya mədəni qəbuledilməz stimulların köməyi ilə cinsi təmin olunma.

Onlara eqodistonik homoseksualizmi də aid etmək olar, o homoseksual davranışı həyəcanla və günah hissiylə bağlı olan insanlara xasdır.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   283   284   285   286   287   288   289   290   ...   294




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin