Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


S. Minuxinin struktur ailə terapiyası



Yüklə 0,73 Mb.
səhifə293/294
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108047
növüDərs
1   ...   286   287   288   289   290   291   292   293   294
S. Minuxinin struktur ailə terapiyası

Struktur ailə terapiyası münaqişəli vəziyyətlərdə ailə üzvlərinin mövqelərinin dəyişikliyinə yönəldilmişdir. Sosial terapevt ailəyə ər-arvad alt sistemini, valideynlərin alt sistemini, uzaq və yaxın qohumların alt sistemini.özünə daxil edən multisistemu kimi baxaraq yaranmış münasibətlərin sərhədini tərəflərə izah etməyə çalışır. Ailə münasibətlərinin sistemində gərginlik yaranan daxili və xarici dəyişikliklər (uşaqların dünyaya gəlməsi,işə təyinat, işin itirilməsi və s.). zamanı şəxsi sahəni nizama salmaq və adaptasiya etmək bacarıqsızlığından yaranır.

Sosial terapevt müştərilərə öz sisteminin sərhədlərini qurmağa, qarşılıqlı təsirin sərt modellərindən imtina edərək onları daha funksional olanlar ilə əvəz etməyə öyrədir. S. Minuxinanın əsas konsepsiyası terapevt və ailə birləşməsidir ki, bu vasitə ilə terapevtik dəyişiklik mümkün olur.

M. Bouenin sistem terapiyası

M.Bouenin nəzəri yanaşmaları sistem yanaşmasına çox yaxındır. Sistemn nəzəriyyəsinə əsasən, əgər sistemin bir elementi dəyişirsə, onda bütün sistemdə dəyişiklik başverir.

M.Bouen ailəni multiqenerasiya kimi nəzərdən keçirir və ailə fəaliyyətində nəsillərarası əlaqələr müəyyən rol oynayır. Terapevt tərəfindən tərtib olunan nəsillərarası əlaqələrin struktur sisemi-genoqram sistemin ayrı elementlərinin (cütlük, övladlar, qohumlar, valideynlər) davranışını ayrıca bir ailə üzvünün nümunəsi hadisəsi və bütün qohumluq əlaqəsi sistemi kontekstində anlamağa və qiymətləndirməyə imkan verir. Sosial terpevtin rolu ailə münasibətləri sistemində hər kəsə öz funksiyalarını aydınlaşdırmağa yardım etməkdir.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   286   287   288   289   290   291   292   293   294




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin