Bütöv proses kimi sosial işin institutlaşmasının yenidən təşkil tarixi
İNSTİTUTLAŞMA — elə prosesdir ki, bu prosesin nəticəsində sosial hərəkətlər möhkəm, ictimai cəhətdən struktur xüsusiyyətlərlə qaydaya salınmış olur. İnstitutlaşmanın təşkilati strukturları öz spesifikasına malikdir və ona insan kütləsinin dəyərlər orentasiyasına təsir edən, özünütəşkil edən, özünü tənzimləyən struktur kimi baxılır. Elmi idraka uyğun olaraq, o yerdəki elmə spesifik sosial institut kimi baxılır, orada elmi biliyin institusionallığını xarakterizə edən müəyyən meyarlar seçilir. Bilik sahəsi öz inkişafında zaman-zaman bir sıra tarixi mərhələlərdən keçir: elmi müzakirələrin rəsmiləşdirilməsi dövrü, araşdırılan fenomenin və ya prosesin mahiyyəti haqqında müxtəlif nöqteyi-nəzərlər təyin edilir, fenomenə və ya prosesə yanaşmaların interpretasiyasında məktəblərin və ənənələrin rəsmiləşdirilməsi, təhsil müəssisələrində müzakirələr, sabitləşmiş yanaşmalar təcrübəsinin retranslyasiyası. Sosial iş öz spesifik institutlaşmasına malikdir.