İdrakin induktiv-empirik üsulu tədqiqatçıın faktları müşahidə etməsi və sonra müşahidə olunan obyektlərin əlaqəsini izah edən bir ümumiləşdirməyə öz təhlilini hazırlamasi ilə bağlıdır. Məntiqi sxemə növbəti elementlər daxildir: müşahidə, qanunauyğun kəşfi, nəticələrin formalaşdırılması. İnduktiv-empirik idrak metodu sosial işdə tədqiqat təcrübəsinin təsviri statistika istiqamətində öz əksini tapdı. İnduktiv-empirik idrak yolu, bir qayda olaraq, operativ izah və lokallaşma tələb edən sosial hadisələrlə bağlı sosial işin müxtəlif peşəkar sahələrində öz əksini tapır. Erkən analıq, yeniyetmələrin narkotik istifadə etməsi kimi sosial problemlərdə istifadə olunur.
Sosial işdə induktiv-empirik idrak (bilik) yolu, müştəri yönümlü dəstək metodları ilə əlaqələnir, "nəzəriyyə" (izahat) müəyyən bir müştəri iddiası üçün hazırlanır.
Dostları ilə paylaş: |