ÖZÜNÜAKTUALLAŞDIRMA (A. Maslou görə) — insanın qabiliyyətlərinin tam şəkildə təqdim olunması və potensialının reallaşmasıdır
Dominant dəyərlər yalnız çətin həyat vəziyyəti ilə yox, eləcə də ekzistensional prioritetlər, vital tələbatlar, şəxsi inkişafın motivləri ilə əlaqəlidir. A. Maslounun təsnifata əsasən, fərdin varlıq dəyərləri, metadəyərləri növbəti anlam propozisiyalarında təqdim etmək olar:
Metadəyərlər
|
Xarakteristikalar
|
Bütövlük
|
Birlik, inteqrasiya, oxşarlığa tendensiya, qarşılıqlı əlaqə, təşkilat, struktur, transsendentin dixotomiyası, nizam.
|
Mükəmməllik
|
Zərurilik, ədalət, dəqiqlik, qaçılmazlıq, münasiblik, bitkinlik, yetkinlik, labüdlük
|
Tamamlanma
|
Bitmə, final, təsdiq, icra, qismət, tale
|
Qanun
|
Ədalət, ləkəsizlik, nizam, qanunilik, zərurilik
|
Fəallıq
|
Proses, hərəkətlilik, öz-özünə əmələ gəlmə, özünü nizamlama, tam funksiyalaşma
|
Sərvət
|
Differensiasiya, mürəkkəblik.
|
Sadəlik
|
Dürüstlük, açıqlıq, mahiyyət, abstraksiya, əsas struktur
|
Gözəllik
|
Düzgünlük, forma, canlılıq, sadəlik, sərvət, bütövlük, mükəmməllik, bitkinlik, unikallıq, alicənablıq
|
Mehribanlıq
|
Düzgünlük, arzu olunma, zərurilik, ədalət, xoş niyyət, dürüstlük.
|
Unikallıq
|
Xüsusiyyət, fərdiyyət, misilsizlik, yenilik.
|
Gərqinsizlik
|
Yüngüllük, gərginliklərin, səylərin, çətinliklərin yoxluğu, zəriflik, mükəmməllik.
|
Oyun
|
Oyuncaq, həzz, əyləncə, yumor, bolluq, yüngüllük.
|
Həqiqət, şərəf, reallıq
|
Açıqlıq, sadəlik, sərvət, labüdlük, təmiz və bulandırılmamış gözəllik, bitkinlik, mahiyyət.
|
Özünə güvənmə
|
Muxtariyyət, müstəqillik, özü olmaq üçün başqalarına ehtiyacın olmaması, öz müqəddəratını təyin etmə, mühitin hüdudlarından kənara çıxma, ayrılıq, öz şəxsi qaydalarına uyğun həyatın gedişatı
|
Dostları ilə paylaş: |