Sosial işin mikro dəyərləri
Dəyərlər yönümləri effektiv terapevtik kontakta imkan yaradanda sosial işdə şəxsiyyətlərarası səviyyədə çıxış edə bilərlər.
Əsas dəyərlər yönümləri kimi aşağıdakılar çıxış edirlər:
Empatiya — müştərinin vəziyyətinin anlaması zamanı həmin müştərinin dərdinə şərik olma. Belə halda sosial işçi müştərinin həyəcanları ilə öz həyəcanlarını eyniləşdirmir.Empatiya — başqa insanın onun emosional vəziyyətinə acımasında, onun həyəcanlarına nüfuzetmədə öz əksini tapan anlanmasının xüsusi üsuludur.
Qəbuletmə — mümkün olan müvəqqəti neqativ emosiyalara baxmayaraq müştəriyə hər hansı bir şərtlər təqdim etmədən xeyirxah, pozitiv münasibətdir.
Autentiklik — distansiyaya riayət etməklə və müştərinin sosial işçi ilə eyniləşdirmənin yoxluğu şəraitində dərk edilmiş hislərin və şəxsi yönümlərin səmimi meydana çıxarılmasıdır. Autentiklik (5) beş dəyərlər yönümlərini özündə birləşdirir:
■ dəstəkləyən qeyri-verbal davranış;
■ rol davranışı;
■ konqruentlik — sosial işçi tərəfindən özünün aktual hisslərinin, həyəcanlarının, yönümlərinin dərk edilməsi və onların müştəriyə travma yetirməyən üsullar ilə ifadə olunması;
■ öz-özünə əmələ gəlmə — təbiilik;
■ açıqlıq — açıqlığın dərəcəsinin nəzərə alınması şərti ilə özünü təqdim etməyə qabiliyyət.
Hörmət — müştərini şəxsiyyət kimi qiymətləndirmək qabiliyyəti, ona münasibətdə öhdəliklərin qəbul edilməsi, mehriban münasibətin səmərəli dərəcəsinin nümayiş etdirilməsi zamanı tənqidi mühakimələrdən qorunma.
Ekspertlilik — müştərinin mümkün dəstəyinin dərəcəsinin anlanması.
Attraktivlik — müştəri üçün “onunla oxşar” olmaq qabiliyyəti.
Etibarlılıq — müştərinin etibarını qazanmaq bacarığı.
Sosial işin dəyərlərinin fəlsəfəsi peşəkarların sosial sferada fəaliyyətinin xüsusiyyətləri ilə bağlıdır. İctimai və şəxsi əksdurumları, etik və dəyərlərlə bağlı fikir ayrılığı kontekstində, sosial işçilər təkcə ictimai əlaqələrin və münasibətlərin effektiv dəstəyi üçün yox, eləcə də müştəriyə davranışın düzgün seçimini həyata keçirməyə, öz aktual problemlərini həll etməyə kömək etmək üçün normativ tələbləri və dəyərlər yönümlərini işləyib hazırlayırlar.
Dostları ilə paylaş: |