Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə



Yüklə 0,73 Mb.
səhifə66/294
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108047
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   294
İnsan psixosomatik varlıq kimi. Fəlsəfi antropologiyada və antropolojı psixologiyada cismaniliyin, hissiyatın və mənəviliyin problemləri bir qayda olaraq, ayrı-ayrı şəkildə nəzərdən keçirilir. Ancaq sosial işdə onlar müştərinin şəxsiyyətinə aid xolistik, bütöv yanaşma ilə bağlı olan əsasın vahid modusuna malikdirlər. İnsanın hissiyyatı, onun somatik reaksiyaları, həyəcanları sosial iş təcrübəsində vicdan, günah, məsuliyyət, xeyir, şər və s. ekzistensional anlayışlarla bağlıdır. Insanın emotiv reaksiyaları təkcə onun kommunikasiyalarının konseptlərini dəyişdirmir, həm də həyat strategiyalarını dəyişdirir, psixi sağlamlığı pozur. Pozitiv və ya neqativ çalarlara boyanan hislər xüsusi yolla adi həyatın ritmini dəyişdirə, ona təkcə sakitliyi və sevinci yox, həm də şəxsi və ictimai nasazlığa aparan məyusluğu və vicdan əzabı gətirə bilər. Psixosomatik varlıq kimi insan sosial işdə təkcə rasional metodlarla anlanması mümkün olmayan reallıq kimi çıxış edir. Təkrarolunmazlıq ilə səciyyələnən insan seçimi və unikal təcrübə ilə şərtlənmiş dəyərli amillər kimi çıxış edən subyektivlilik, fərdiyyətçilik — sosial işdə fərdi yanaşmanın əsas fəlsəfi müddəalarıdır. Məhz bu əsaslarla sosial iş təcrübəsində mürəkkəb biopsixososial varlıq kimi çıxış edən müştərinin şəxsiyyətinə kompleks yanaşmalar inkişaf edir.

Animal sociale kimi çıxış edən insan öz fərdiyyətçiliyini müxtəlif qruplara aidiyyatında reallaşdırır. Onlar cəmiyyətdə insanın həyat ssenarisinin təzahür olunan müxtəlif sosial institutlar vasitəsi ilə özlərini biruzə verirlər. Bu və ya digər sosial institutların mövcudluğu və ya yoxluğu insanın statusunu, onun ictimai durumunu müəyyən edir. Sosial institutlar cəmiyyətin qrup stratifikasiyasına əhalini rifahlı və zəif qruplara bölərək, bu qruplara münasibətdə həyat fəaliyyətinin hamı tərəfindən qəbul edilmiş normaları pozulduğu halda differensiasiyanı daxil edir. Bu müstəvidə sosial işdə konseptual qurumların dixotomiyası aşağıda sadalanan problemlərlə bağlıdır:

Ehtiyaclar — Arzular

Məmnunluq — Hüququndan məhrum etmə

Hüquqlar — Seçim azadlığı

Ədalət — Haqsızlıq

Həmrəylik — Fərdiyyətçilik

Hakimiyyətə əlçatanlıq — Hakimiyyətə əlçatmazlıq

Məsuliyyət — Məsuliyyətsizlik

Münaqişə — Münaqişənin nizama salınması

Muxtariyyət — Nəzarət.

Bu aspektlər kontinuumun nöqtələri rolunda çıxış edirlər və bu nöqtələrdən birində sosial insanın mövzusu insan və cəmiyyət probleminin kontekstində öz əksini tapır. Sosial işin nəzəriyyəsinin fəlsəfi problemləri - insanın sosial varlığı, sosial həyatın reallaşdırılmasının imkanı — imkansızlığı, insanın sosial həyatdan özgələşməsinin fenomenləri və mexanizmləridir. Sosial işin konseptlərində sosial insan zəif subyekt kimi, müəyyən zəif qrupun nümayəndəsi kimi təqdim edilmişdir.

Sosial işdə bu subyektin problemli sahəsi makrosəviyyədə, peşəkar fəaliyyətin preventiv, operativ və uzunmüddətli strategiyalarının kontekstində dərk edilir.

Hər qrup üçün ümumi olan mövzu, məsələn, yoxsulluq mövzusu, onun ümumi aspektləri, yaşayış keyfiyyəti, qidalanma, məşğulluq, mənzil şəraitəri, səhiyyəyə və tibbə əlçatanlığının bütün zəif qruplar üçün səciyyəvi olmasına baxmayaraq, müstəqil mənaya malik olacaq.

Ümumi mövzular və qrup təzahürləri kontekstində sosial insanın əsas problemli sahəsi aşağıdakı kontinuumda əsaslandırılır:




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   294




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin