Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


SOSİAL SİYASƏTİN DÖVLƏT-YENİDƏN PAYLANILMA MODELİ



Yüklə 0,73 Mb.
səhifə76/294
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108047
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   294
SOSİAL SİYASƏTİN DÖVLƏT-YENİDƏN PAYLANILMA MODELİ

Sosial siyasətin yenidən paylanılma modeli sosial-demokrat ideologiyasının inkişafı və zəhmətkeşlərin mənafelərinin müdafiəsi istiqamətində həmkarlar ittifaqlarının fəaliyyəti nəticəsində yaranıb. Bu modelin əsasında kapitalist mülkiyyətinin sosiallaşdırılması, funksional sosiallaşdırma doktrinaları dayanıb. Bu doktrina əhalinin gəlirlərinin bərabərləşdirilməsi yolu ilə nail olunan sosial bərabərlik prinsiplərini, eləcə də cəmiyyət tərəfindən mülkiyyətin sərəncam vermə, istifadə etmə, paylanılma və yenidən paylanılma kimi müxtəlif vasitələr sisteminin köməkliyi ilə nəzarət olunmasını nəzərdə tutur.

Skandinaviya ölkələri, eləcə də bu məsələlərin həllində dövlətin rolunun əsas rol olaraq qaldığı Almaniya, daha çox bu modeli təqdim edirlər.

Belə ki, Danimarkada sosial siyasət sisteminin digər Skandinaviya ölkələri ilə oxşarlığına baxmayaraq, sosial gəlirlərin və sosial xidmətlərin müdafiə sistemi prioritet istiqamətlər hesab olunur. Sosial siyasət strategiyası cəmiyyətin iqtisadi və dövlət strukturunun yenidən təşkilinə və reformasiyasına, vətəndaşların tələbatlarının təmin olunmasına yönəlib. Bu məqsədlə gəlirlərin yenidən paylanılması sistemində, xidmət şəbəkəsinin genişləndirilməsində dövlətin rolu artır. Bununla yanaşı yerlərdə sosial təminat məsələlərinin həllində yerli özünüidarəetmənin əhəmiyyəti artır.




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   294




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin