İctimai-ərazi bölgü modeli. 4
İctimai-ərazi yenidən paylanma modeli islahatlar zamanı əhalinin miqrasiyası, urbanizasiya və kapitalist istehsalatının inkişafı, əhalinin kasıblaması, müxtəlif ictimai təbəqələrin yoxsulluğu ilə əlaqədə yaranır. Mövcud olan model üçün dəstəyin birgə yaşayışın icma və prixod (aşağı kilsə təşkilatı və bu təşkilat üzvlərinin yaşadığı yer) sistemləri, prikaz sistemi kimi arxaik formalarının bir araya gəlməsi səciyyəvidir. Eyni vaxtda dəstəyin torpaq, şəhər kimi yeni növləri də müşahidə olunur, sosial sığorta və pensiya təminatı meylləri qeydə alınmağa başlayır. Xeyriyyə cəmiyyətlərinin inkişafı davam edir, onlar təkcə müxtəlif qruplara dəstək göstərmirlər, eləcə də işsizlik ilə mübarizə mexanizmlərinin axtarılmasından tutmuş, azyaşlı cinayətkarların tərbiyəsi, sosial xəstəliklərlə bağlı mübarizə və körpələr üçün süni qidalanma sisteminin yaradırlmasınadək – bu qəbildən olan problemlərin yetərincə böyük spektrinin həlli ilə məşğul olurlar. İnkişaf etməyən vergi sistemi, dövlət maliyyələşdirilməsinin olmaması, sosial siyasət sahəsində tədbirlərin həyata keçirilməsində sosial aksiyaların demərkəzləşdirilməsi bu modelin səciyyəvi xüsusiyyətləridir.
Dostları ilə paylaş: |